...

İsrailli nazir Dövlət Komitəsinin sədrinə məktub ünvanlayıb

Siyasət Materials 21 Noyabr 2020 16:36 (UTC +04:00)
İsrailli nazir Dövlət Komitəsinin sədrinə məktub ünvanlayıb

Bakı. Trend:

İsrail Dövlətinin Diaspor Məsələləri naziri Omer Yankeleviç Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova məktub ünvanlayıb.

Komitədən Trend-ə bildirilib ki, məktubda Azərbaycan Respublikası ilə İsrail dövlətinin vacib tərəfdaş olduğu, Azərbaycandakı yəhudi icmasının, eləcə də İsrailin azərbaycanlı icmasının iki ölkə arasında əlaqələrin möhkəmlənməsində əvəzsiz rol oynadığı qeyd olunub.

Nazir Omer Yankeleviç dövlətlərarası münasibətlərin və icmalararası əlaqələrin inkişafının yüksək səviyyəsinin gələcəkdə də qorunub saxlanılması məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir, həmçinin Komitə sədri ilə baş tutan virtual görüşün mühüm əhəmiyyət daşıdığını, icmalararası münasibətlərin möhkəmlənməsində əvəzsiz rol oynadığını vurğulayaraq görüşün baş tutmasına görə Komitə sədri F.Muradova təşəkkür edib.

İsrailli nazir yaxın gələcəkdə Azərbaycana səfər etmək istədiyini də bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti