Qafqaz ermənilərinə bir neçə söz…

Qafqaz ermənilərinə bir neçə söz…

Bakı. Trend:

(Ürək həkiminin qeydləri)

Mən Talış dağlarının qoynunda dünyaya göz açmışam, təmiz ana südüylə böyümüşəm. Ağlım kəsəndən anam-atam, məktəb və əhatə olunduğum mühit məni dürüst, sağlam ruhla, mehriban, xeyirxah hisslərlə, sevgiylə, mərhəmətlə bəsləyib, boya başa-çatdırıb. Göz açıb İNSAN görmüşəm, dünyanı günəşli, torpağı bərəkətli, babalarımı, nənələrimi, ulularımı halal zəhmətli, namuslu və qeyrətli bilmişəm. Babalarım, ulu babalarım sözündə bütöv olublar, dostluqda, qonşuluqda mərd, sədaqətli olublar, çörək veriblər, çörək kəsiblər, duz-çörəyə düz-çörək kimi baxıblar. Haqq-salam elədikləri, qonum-qonşu, qonaq-qara saydıqları kişilərə səxavət göstəriblər, öz evlərində qonağa ən gözəl otaq ayırıblar, onlarla çiyin-çiyinə işləyiblər...Amma NAMƏRDƏ hər zaman qənim kəsiliblər.

Gözümü açandan ta bugünə kimi Azərbaycanı və eləcə də Qafgazı doğma vətənim sanmışam, atam-anam, babam-nənəm, ulularım...mən və bacı qardaşlarım azərbaycanlı olmağımızla qürur duymuşuq, müqəddəs Azərbaycan torpaqlarında boy atıb qurub-yaratmaq, bu Vətənə layiqli övlad olmaq istəyimiz heç vaxt sönməyib və sönmür. Biz dar günümüzdə də, sevincli anlarımızda da el-obayla birlikdə olmuşuq, dərd-sərimiz, güzəranımız, qayğılarımız və fərəhli günlərimiz bizi yolumuzdan döndərməyib, əksinə, hər zaman irəli, daha işıqlı sabaha doğru can atmışıq. Yadımdadır ki, bizim kəndlərin həyət evlərinin qapısında heç vaxt qıfıl olmayıb; qapılarımız , darvazalarımız hər zaman açıq olub. Bizim həyətə, evə gələn qonaq-qara, qonum-qonşu ərklə gəlib, qapımızı öz evinin qapısı kimi açıb. Bu gün də belədir və düşünürəm ki, Azərbaycan bəlkə də yeganə ölkədir ki, burada Türk, Talış, Ləzgi, Rus, Gürcü, Yəhudi, Kürd, Udi, Tat, İngiloy, Avar, Molokan, Saxur...və onlarca xalq və millətlər, etnik qruplar Azərbaycan vətəndaşı kimi rahat və təhlükəsiz yaşayır, qurur, yaradırlar. Biz dünyanın müxtəlif dinləri və konfessiyalarını, mədəniyyətlərini, mənəvi-əxlaqi dəyərlərini birləşdirən, dinc, sülhpərvər, birgəyaşayış normalarına ehtiramla yanaşan hüquqi, multikultural bir dövlət yaratmışıq. Multikulturalizm bizim xalqımızın həyat tərzinə çevrilib. Bizim müstəqil dövlətimiz və onun başçısı cənab İlham Əliyev xalqların, inancların dostluq və qonşuluq, mehribanlıq şəraitində fəaliyyətini, onların birgə yaşamasını təmin edən siyasət həyata keçirir və bunu bütün dünya görür, anlayır, təqdir edir.

Çox təəssüf edirəm ki, siz, erməni xalqı, bunu etiraf etmirsiniz. Halbuki əsrlər boyu Azərbaycan xalqıyla qonşu olmusunuz, xüsusilə Qarabağda bu gözəl diyarın əsl sahibləri olan azərbaycanlılar sizə yer veriblər, yaşamaq üçün, əkib-becərmək üçün, qurub-yaratmaq üçün...Axı siz nə emisiniz əvəzində?..Məgər qapısı qəlbi kimi açıq olan bu xalqla beləmi rəftar edirlər? Məgər sizi od-ocaq qonşusu edən bir xalqın evinə, yurduna, torpağına göz tikib onu öz dədə-baba torpaqlarından qovmaqmı olardı? Məgər qəlbində heç bir kin-küdurət olmayan, özgə dövlətinə, torpağına tamah salmayan bir xalqa bu qədər xəyanətmi etmək olar? Bəs bilmirdinizmi ki, Qarabağ Azərbaycandır və o - igidlər, mərd oğullar oylağıdır? Bəs bilmirdiniz ki, gün gələcək Azərbaycan xalqının ərənləri, başı papaqlı kişiləri sizdən haqq-hesab soracaqlar? Kimlərə uydunuz? Kimlərin fitvasına getdiniz? Sizə çörək və yer verən xalqla mehriban dolanmaq əvəzinə xam xəyallara düşdünüz, iddialarınız, kin-küdurətiniz, “böyük erməni xalqı” kimi zəhərli düşüncələriniz kimə xeyir gətirdi? Siz hər zaman, tarixin bütün dönəmlərində bütün qonşularınıza xəyanət etmisiniz və buna görə də başınız ağrıyır. Sizin üzdəniraq ziyalılarınız, aqanbekyanlar, balayanlar, simonyanlar, babayanlar, sarkisyanlar, baqdasaryanlar...yalançı və saxta tarixə malik katalikos kilsəniz hər zaman sizi zəhərli ideyalarla qidalandırıb, sizə bədbəxtlik gətirib. Qatı millətçilik və şovinizm ruhunda böyütdüyünüz övladlarınız da bu gün qan tökür, təxribatlar, qətllər törədir, dinc sakinlərimizin qənimi olur, dünyanın gözü baxa-baxa terrorlar törədir. Nəyə görə? Doğrudanmı sizin sağlam zəkalı ziyalılarınız, din xadimləriniz yoxdur? Doğrudanmı siz hələ də xülyalar və “böyük ideyalar”la yaşayırsınız? Doğrudanmı siz hələ də başa düşmürsünüz ki, dünya 200 il, 100 il, 30 il, hətta 5 il əvvəlki dünya deyil? Doğrudanmı siz tərəqqini, inkişafı, dinc birgəyaşayışı, beynəlxalq hüquq normalarını, azadlıq və demokratiyanı “Böyük Ermənistan dövləti”ni yaratmağa can atmaqda, tarixi həyasızcasına saxtalaşdırmaqda görürsünüz? Axı bütün bunların sizə heç bir faydası da yoxdur! Axı bütün bu çürük fəlsəfə düşüncələriniz sizə xeyir gətirmir! Məgər siz bilmirsiniz ki, ta qədimdən buyana biz heç kimə baş əyməmişik, zülmə, xəyanətə, yalana, hiyləyə qarşı amansız olmuşuq? Məgər siz bilmirsiniz ki, biz haqqı nahaqqa satan deyilik, bizim Babək kimi mərd oğullarımızın qılıncının yeri indi də qayalarımızda, qalalarımızda qalmaqdadır? Məgər siz bilmirsiniz ki, Koroğlu qalası Koroğlu övladlarının məskənidir? Bilmirsiniz ki,18-ci yüzillikdə bizim Pənahəli xanın tikdiyi Şuşamızın hər daşını, hər qalasını Azərbaycan oğulları düşməndən qanı və canı bahasına qoruyub və qoruyur? Bu alınmaz qalada Qacarın belə başı bədənindən üzülüb! Məgər siz bilmirsiniz ki, 1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində sovet imperiyasının gücüylə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı, mərkəzi də Xankəndi oldu? Sonradan siz ona Stepanakert adını verdiniz?! Amma bizimlə bərabər yaşadınız, bizim torpağımızın suyunu içdiniz, çörəyini yediniz...və sonda halala haram qatdınız! Budurmu sizin xeyirxahlığa, mərhəmətə, qonşuluğa... cavabınız? Gözünüzü açın, dünyaya, ətrafınıza yaxşı-yaxşı baxın!

Mən həkiməm, ağlım kəsəndən ta bugünədək hələ heç kimə “hansı millətdənsən?” deyə sual verməmişəm. Ümumiyyətlə, şovinizm və qatı millətçiliklə hər zaman barışmaz olmuşam. Mənim şərəfli sənətim var və bu müqəddəs sənət bütün insanlara kömək və qayğı göstərməyi tələb edir və mən bunu bacardığım qədər hər kəs üçün eyni keyfiyyətlə yerinə yetirməyə çalışıram. Lakin görəndə və biləndə ki, sizin həkimləriniz də din xadimləriniz kimi kin-küdurət və şovinist əhval-ruhiyyəsində yaşayır və sağaltmaqla və quruculuqla məşğul olmaq əvəzinə dağıtmaqla və yalançı miflərlə nəfəs alırlar, düzü, çox pərişan oluram. Görəndə və biləndə ki, sizin hətta ən başbilən ağsaqqallarınız da müxtəlif səviyyələrdə xalqlarımız arasında uyuşmazlıq olduğunu, buna görə də birgəyaşayışın mümkünsüzlüyünü bildirir, düzü, çox məyus oluram. Axı kim kimə yaraşmır, kim kimə uyuşmur? Hardandır bu maniya - üstün etnos maniyası?

Həmişə düşünmüşəm və yenə də bu fikirdəyəm ki, bütün digər xalqların sırasında olduğu kimi, sizin aranızda da ağılllı və ağılsızlar, savadlı və savadsızlar, istedadlı və istedadsızlar, cəsur və qorxaqlar, qəddar və mərhəmətlilər var. Son illər məni təəccübləndirən odur ki, bütün bu çalarlar fonunda sizin əksəriyyətinizin içində digər xalqlara qarşı saymamazlıq, lovğalıq, şəxsiyyətindən asılı olmayaraq bütün türklərə qarşı isə bir patoloji nifrət, onları məhv etmək, yer üzündən silmək arzusu var. Nədən ötrü? Bəlkə 1915-ci il hadisələriylə bağlıdır? Düşünürəm ki, yox! Bunu tarixin açılmamış (sizin açmaq istəmədiyiniz!) səhifələri deyir. Son 30 ildə mən bir daha əmin oldum ki, siz dünyaya dəqiq bildiyim faktlar barədə açıq-aşkar ağ yalanlar danışırsınız, saxtakarlıq, öz adını özgəsinə qoymaq sizin damarlarınızda axan qandır, başqa bir şey deyil. Dünyanın ağıllı adamları daha sizin nağıllarınıza inanmır. Biz 2-ci Qarabağ savaşında bu yalanları və mifləri darmadağın etdik, ərazi bütövlüyümüzü beynəlxalq hüquq çərçivəsində bərpa edərək torpaqlarımızı azad etdik. Bilirsinizmi bu şanlı Qələbəmizin sirri nədədir? Bizim sarsılmaz birliyimizdə! Azərbaycanda yaşayan xalqlar, millətlər bir nəfər kimi Azərbaycan bayrağı altında birləşdi! Bir yumruq kimi olduq! Milliyyətindən asılı olmayaraq hər bir vətəndaşımız qürur hissiylə dövlətimizin, Ali Baş Komandanımızın yanında oldu və şanlı Ordumuza dəstək oldu! Bax, budur bizim sarsılmaz birliyimiz! Bəs siz neylədiniz? Sizin cəmiyyətiniz və ordunuz elə sizin zəhərli ideyalarınız ucbatından pərən-pərən darmadağın oldu! İndi sual edirəm: bəs deyilmi yalan və saxtalıqla məşğul olmağınız? Bəs deyilmi övladlarınızı türklərə qarşı nifrətlə böyütməyiniz? Hardadı sizin sağlam düşüncə sahibləriniz? Görəsən “ermənilik ideyası” ilə zəhərlənən gənclərinizə və gələcək nəsillərinizə bu müharibə dərs olacaqmı? Görəsən düşünürsünüzmü ki, “seçilmiş xalq”, “ən qədim xalq”, “üstün xalq” və s. kimi xülyalarınız artıq “uşaq dəcəlliyi” deyil, #irqçilikdir, #faşizmdir? Yüz illərdir körpə yaşlarında övladlarınıza aşıladıgınız, onların şüuraltına (#subkorteks) həkk etdiyiniz çürük fəlsəfə dəyişməsi imkansız olan duyğulardır. Psixologiyada körpə yaşında başqa birilərinə nifrəti aşılamaq üçün, onların beyninə həm də qorxunu empozə etmək məcburiyyəti var. Qədimdə özünü müdafiə üçün qəbilə və tayfaların istifadə etdiyi, "qabıqaltı yerləşmiş qorxu və nifrət" çox böyük silah olsa da, bugünkü dünyamızda bu hissi yaşayan insanlar və cəmiyyətlər kütləvi şəkildə psixoloq və psixiatr nəzarətinə alınmalıdır. Məncə, sizin ən böyük probleminiz elə budur!

Ümidvaram ki, söylədiklərim əsla sizə qarşı həqarət deyil, bunu bir həkim məsləhəti kimi qəbul edə bilərsiniz. Sizin xəstə təxəyyülləriniz dünyanın istənilən çografiyasinda sizə qarşıdır, güman edirəm ki, bu sizi güvənilməyən, arzu edilməyən, çox zaman isə yolaverilən bir toplum halına gətirə bilər. Mən Qafqaz xalqlarının tarixinə bələdəm, sizin bu xalqlar arasında yeriniz, milli xarakteriniz, genetik kodunuz, başlıcası isə xislətiniz bəllidir. Bunları analiz etmək və nəticələr çıxarmaq tarixçilərin və etnoqrafların işidir. Amma bu gün bir şey gün kimi aydındır ki, sizi kütləvi maniyaya düçar edən ən mühüm faktorlar sırasında “dövlət içində dövlət” adlandırdığınız katalikos kilsəsi, xaricdə yaşayan erməni lobbisi və onların qidalandırdığı erməni terrorçu təşkilatlarıdır. Nə qədər ki, bu üç əsas faktor dünyada meydan sulayacaq sizin xoşbəxt gələcəyinizə ümidlər azdır.

Buna baxmayaraq, sizə bir daha müraciət edirəm: gözəl Qafqaz xalqlarıyla yanaşı yaşamağa məhkumsunuz, özünüzü ləyaqətli aparın, özgə xalqlara hörmətlə yanaşın. Əgər bizimlə bərabər dinc və təhlükəsiz yaşamaq istəmirsinizsə, qapılar açıqdır - çıxıb gedə bilərsiniz. Qədim Qafqazın adət-ənənələrinə, mədəni və mənəvi irsinə, ən böyük sərvəti sayılan insanına xəyanət etməyin, bu əsrarəngiz dağların havasından, suyundan, torpagından , insanlarının həyat tərzindən, koloritli etnosundan və multikultural dəyərlərindən anlayışı olmayan yad ideologiyaları və əxlaqları "müstəsna genetik kod" adı altında buralara gətirib tarixi yurd yerlərimizi kirlətməyin! Unutmayın ki, tarix boyu Qafqaz xalqları arasına nifaq toxumu səpənlərin cəzası ağır olub, bu torpaqları gülüstana çevirənlərin xeyir-bərəkəti isə daim artıb.

Yenilənmiş dünya bizdən dirçəliş, yeni və rahat həyat tələb edir, sülh və əmin-amanlıq tələb edir. Müstəqillik quruculuq deməkdir, dağıdıcılıq yox! Müstəqillik yaradıcılıq deməkdir, insanların, cəmiyyətin rifahı deməkdir, şəxsi məsuliyyəti dərk etmək deməkdir; istər həyatımızın yeni reallıqlarını, istərsə də ictimai inkişafın mühüm tələbatlarını nəzərə almaqla düşünmək və hərəkət etmək deməkdir. Bunu ZAMAN tələb edir. Biz bu yolda artıq əhəmiyyətli addımlar atmışıq; bizim məqsədimiz yaratmaqdır, qurmaqdır, viran qoyduğunuz kəndlərimizə, qəsəbələrimizə, şəhərlərimizə yeni həyat, yeni nəfəs gətirməkdir, yeni sosial, ictimai münasibətlər yaradılması üçün inadlı, məqsədyönlü quruculuq işləri görməkdir. Biz YENİ GƏLƏCƏK inşa edəcəyik. Bizim Prezidentimiz, cənab İlham Əliyev də dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanda yaşayan başqa xalqlar kimi bizim vətəndaşlarımızdır, onların bizim xalqımızla bərabər tam təhlükəsiz birgəyaşayışını təmin edəcəyik. Buna görə də tarixin bu sərt dönüş mərhələsində sizin sağlam zəkalı insanlarınıza ümid edirik, və əmin olmaq istəyirəm ki, siz içinizdəki təkəbbür və iddiaların əbədi dəfn olunmasına çalışacaqsınız, Azərbaycan bayrağı altında Azərbaycan vətəndaşı kimi Azərbaycan qanunlarına və Konstitusiyasına riaəyət edəcək, ehkamlardan və mənəvi buxovlardan qurtulub günəşli Qafqazın çiçəklənməsi naminə gələcək nəsilləriniz üçün sağlam yaradıcılıq və quruculuq mühiti yaradacqsınız.

Dr. Rəşad Mahmudov

20 Yanvar faciəsi Kolumbiya mətbuatında
20 Yanvar faciəsi Kolumbiya mətbuatında
Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb
Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb
TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb
TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb
Loading Bars
Xəbər lenti
20 Yanvar faciəsi Kolumbiya mətbuatında
Donald Tramp Avropanın və Braziliyanın əksər ölkələrindən ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi
Mərakeşdə ilk dəfə koronavirusun "Britaniya" ştammına yoluxma faktı qeydə alınıb
İraqın mərkəzinə hava zərbələri endirilib
Sudanda 120-dən çox insan millətlərarası qarşıdurmanın qurbanı oldu
Əlcəzair və Mərakeş ərazisindəki səhrada qar yağıb
İtaliya parlamentinin aşağı palatası Konte hökumətinə etimad göstərib
Bakıda köşk yanıb
İsveçrədə xizək kurortunda uçqun olub, 10 nəfər qarın altında qalıb
Türkiyədə son sutkada koronavirusdan 7 905 nəfər sağalıb
Qarabağı Prezident İlham Əliyevin yetişdiriyi gənclər azad etdi - 17 ilin nəticəsi
Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb
Bakıda mənzildən qadın meyiti tapılıb
Mədəniyyət Nazirliyi “Müqəddəs alman Lüteran kilsəsi” haqda videoçarx hazırlayıb (VİDEO)
Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi - İsrailli ekspert
Disneyland Paris yenidən açılmasını 2 aprelə qədər təxirə saldı
TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb
COVİD-ə qarşı vaksin vurulan zaman hansı əlavə təsirlərin yarana biləcəyi açıqlandı
Ölkəmizdə istifadə edilən vaksin COVİD-19-un yeni ştammı üçün də təsirlidir - Ramin Bayramlı
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?
Azərbaycanda təbii qaz hasilatı artıb
Ceyhun Bayramov Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb
Ötən il Azərbaycanda 34 milyon tondan çox neft hasil olunub
Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub - Bakı Limanı
Xırdalanda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Ötən il 254 kriminal qrup zərərsizləşdirilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Ölkədə bu cinayətlər azalıb - RƏSMİ
Ötən il ümumilikdə 26 004 cinayət qeydə alınıb - Nazir
Kəlbəcər rayonunun Alolar kəndi (FOTO/VİDEO)
Vətən Müharibəsində Daxili Qoşunların 65 hərbçisi şəhid olub, 347 nəfər yaralanıb
DİN-də 2020-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib (FOTO)
Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
AZƏRTAC-ın İdarə Heyəti sədrinin “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı Türkiyədə nəşr olunub (FOTO)
Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək
Milli Məclisdə əfv etmə-amnistiya aktı mövzusunda dinləmə keçiriləcək
Təhlükəsizlik İdarəsinin əməkdaşları maaşlarının 10 faizini “YAŞAT” fonduna köçürüblər
“AccessBank” sahibkarlara münasib faizlə biznes kreditləri təklif edir
Ötən il vergidən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub - Mikayıl Cabbarov
Sənaye parklarında 50 rezident qeydiyyata alınıb - Nazir
Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb - Reza Deqati (FOTO)
20 Yanvar günü marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək - BNA
ABŞ-da Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan olunub
Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Kəlbəcərə dəmir yolunun çəkilməsi rayonun iqtisadi potensialını dəfələrlə artıracaq - Alim
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa, onun cavabının sərt olacağını bilməlidir - Tarixçi alim
Azərbaycanda narın qiyməti niyə bahalaşır? - Səbəb açıqlandı
Azərbaycan bu məhsula xarici tələbatı tamamilə aradan qaldırır
Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Əlverişsiz hava şəraiti Hirkan Milli Parkında yanğının söndürülməsinə ciddi maneə yaradır - FHN (VİDEO)
İşğaldan azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturu yaradılacaq
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb
Nazirlik polietilen torbalarla bağlı sahibkarlara çağırış edib
Atəşkəs davamlı olarsa, Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik - Çavuşoğlu
Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq
Bakıda peyvəndlənmə prosesi belə aparılır (FOTO/VİDEO)
Cəlilabadda daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlandı
İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
Bakı-Sumqayıt qatarı 20 Yanvar günü bu qrafiklə işləyəcək
Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
Şəhidlər Xiyabanında son tamamlama işləri görülür (FOTO)
Səbaildə Şəhidlərin xatirə lövhəsinin açılışı olub (FOTO)
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur - Nazir
Prezident İlham Əliyev: Kimsə özünü toxunulmaz hesab etməsin
“Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş rejimdə çalışacaq
Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olmasını sübit etdi - Naqif Həmzəyev
Prezident İlham Əliyev: Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
Prezident İlham Əliyev: Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
Rusiyada qar uçqunu olub, 12 nəfər...
Azərbaycan Prezidenti: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (VİDEO)
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib (FOTO/VİDEO)
Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır - Lavrov
Vaksin vurulandan sonra özümü tam rahat hiss edirəm - Həkim
Azərbaycanın yaratdığı yeni reallıqda Dağlıq Qarabağın status məsələsi yoxdur - Deputat
Qələbəmizin kökündə duran əsas məqamlardan biri gənclərimizin vətən sevgisi idi - Deputat
Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü (FOTO)
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər azalıb
Xaricdə yaşayan qarabağlılar Şuşa ilə bağlı təəssüratlarını bölüşüblər (FOTO)
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək - Vüqar Rəhimzadə
Azərbaycana gələn və ölkədən gedən şəxslərin sayı azalıb
Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib (FOTO)
Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı
Ağdaş və Şəki sakinlərindən narkotik vasitə götürülüb
İrandan yayımlanan televiziya və radio dalğaları yüksək sahə gərginlikləri yaradır - Şura
Vaksinasiyanın başlanması koronavirusun başa çatması anlamına gəlmir – Deputat
Bu sahə üzrə ekspert olmaq istəyən namizədlər üçün test imtahanına qeydiyyat elan edilir
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 5000 manat cərimələnib
Ağdaşda karantin qaydalarını pozan kafe və çayxana aşkar edilib
Büdcədən maliyyələşən yayımçıların efirlərində çatışmazlıqlar var - MTRŞ
Bütün xəbərlər