...

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də hərbi vəziyyət ləğv edilir - FƏRMAN

Siyasət Materials 11 Dekabr 2020 17:59 (UTC +04:00)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də hərbi vəziyyət ləğv edilir - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Fərman imzalayıb.

Trend-in məlumatına görə, Fərmanla “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir:

- Preambulanın ikinci abzasından “və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması” sözləri çıxarılır.

- 6.5-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 6.6-cı bənd ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti