...

Azərbaycanın qələbəsinə kölgə salmağa cəhd edənlər cib müxalifətidir – Partiya sədri

Siyasət Materials 3 Yanvar 2021 16:04 (UTC +04:00)
Azərbaycanın qələbəsinə kölgə salmağa cəhd edənlər cib müxalifətidir – Partiya sədri

Bakı. Elçin Mehdiyev – Trend:

Nə radikal müxalifət, nə başqa kimsə xalqımızın Vətən müharibəsində möhtəşəm qələbəsinə kölgə sala bilməz.

Bunu Trend-ə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

E.Musayev bildirib ki, təəssüflər olsun ki, bu gün radikal müxalifət qələbəmizə kölgə salmağa cəhd edir: “Onlar çox ciddi səhvə yol verirlər. Onların qələbəmizə kölgə salmaq cəhdləri Azərbaycanı sevməyən qüvvələrin maraqlarına xidmət etməkdir”.

E.Musayev bildirib ki, 44 günlük müharibə dövründə ölkəmizə kənardan çox basqılar oldu: “Ancaq Azərbaycan mümkün olan nə varsa etdi və ərazilərimizi düşməndən azad etdi. İndi kiminsə gəlib bu qələbəyə kölgə salmağa cəhd etməsi, hanısa cəfəng fikirlər səsləndirməsi çox gülünc və əsassızdır. Xalq özü hər şey görür və yaxşı qiymətləndirir.
Bunu edənlər cib müxalifətidir. Onlar yalnız öz maraqlarının təmin olunması uğrunda addımlar atır. Onlar öz ağalarının, onlara pul verən hər kəsin tapşırıqlarını yerinə yetirirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti