...

Qazaxıstandakı seçkilərin ilkin nəticələri sabah keçiriləcək mətbuat konfransında açıqlanacaq - Arzu Nağıyev (FOTO)

Siyasət Materials 10 Yanvar 2021 15:03 (UTC +04:00)
Qazaxıstandakı seçkilərin ilkin nəticələri sabah keçiriləcək mətbuat konfransında açıqlanacaq - Arzu Nağıyev (FOTO)

Bakı. Asif Mehman - Trend:

Bugün səhər saat 06.40-dan başlayaraq Qazaxıstanda keçirilən parlament seçkiləri üzrə bütün müşahidəçilər və nümayəndələr seçki məntəqlərinə getməyə başlayıb.

Bu barədə Trend-ə açıqlamasında Qazaxıstanda keçirilən parlament seçkiləri prosesinin izləyən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, saat 07.00-dan etibarən, məntəqələrdə seçki prosesi başlayıb: "5 seçki məntəqəsində oldum, məntəqədəki müşahidəçilərlə görüşlər keçiririk, seçicilərlə danışıqlar aparırıq. Seçki prosesi pandemiya rejiminin tələblərinə uyğun formada aparılır.

Məntəqəyə daxil olan seçicinin ilk növbədə tempraturu yoxlanılır. Şübhəli olmayanlar seçkiyə buraxılır".

A.Nağıyev qeyd edib ki, seçki prosesinin necə keçməsilə bağlı brifinq oldu, orada da seçki prosesinin necə keçməsilə bağlı fikirlərini bölüşüb:

"Seçki təşkilatçılığı yüksək səviyyədədir. Baxmayaraq ki, hava soyuqdur, seçki fəallığı yüksəkdir. Seçki ilə bağlı bütün faizlər sabah keçiriləcək mətbuat konfransında açıqlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti