...

Gürcüstan XİN rəhbərinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib

Siyasət Materials 23 Yanvar 2021 13:33 (UTC +04:00)
Gürcüstan XİN rəhbərinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin 20 Yanvar və 9 Aprel hadisələri ilə əlaqədar elan etdiyi “Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa müsabiqəsinə yekun vurulub.

Trend xəbər verir ki, cari ilin yanvar ayının 22-də Azərbaycanın Respublikasının Tbilisi şəhərində yerləşən Səfirliyində müsabiqənin təltifetmə mərasimi keçirilmişdir. Təltifetmə mərasiminə fəxri qonaq qismində Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili qatılmışdır.

Tədbirin əvvəlində səfir Faiq Quliyev ilə Aleksandr Xvtisiaşvili müsabiqə iştirakçılarının çəkdiyi rəsm və yazdıqları inşalar ilə tanış olublar.

Daha sonra səfir Faiq Quliyev açılış nitqi ilə çıxış etmişdir. F.Quliyev Səfirliyin Qanlı Yanvar hadisələrinin 31-ci ildönümü ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirmişdir. O, əslən gürcüstanlı olan 20 Yanvar şəhidlərinin ailələrini ziyarət olunduğu barədə məlumat vermişdir. O, şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün lazımi tədbirlərin görülməsi istiqamətində işlərin aparıldığını bildirmişdir. Səfir hər iki xalqın müstəqillik yolunda mübarizəsindən, bu yolda baş verən qanlı hadisələrin tarixindən və nəticələrindən söz açmışdır.

Səfir Faiq Quliyev müsabiqənin əhəmiyyətindən danışaraq, yarışda iştirak edən iştirakçılara öz təşəkkürünü bildirmişdir. Səfir qeyd etmişdir ki, müstəqilliyimizin bərpası ilə nəticələnən hər iki hadisə Azərbaycan və Gürcüstanda milli kimliyin formalaşmasına zəmin yaratmışdır. O vurğulamışdır ki, şəhidlərin qanları hesabına əldə olunmuş müstəqillik əbədi və dönməzdir.

Daha sonra çıxış edən Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili müsabiqənin təşkilinə görə Azərbaycan Səfirliyinə minnətdarlığını bildirmişdir. Nazir müavini, belə müsabiqələrin təşkil edilməsinin gənc nəsilin öz tarixini unutmamasına böyük dəstək verdiyini qeyd etmişdir. Nazir müavini deyib ki, dövlət müstəqilliyi uğrunda şəhid olanlar böyük fədakarlıq göstəriblər, onların xatirəsi əziz tutulmalı və yaşadılmalıdır. O, müsabiqə iştirakçılarını və qalibləri təbrik edib, bu cür tədbirlərin təşkilinin gənc nəslin milli ruhda böyüməsində mühüm rol oynadığını vurğulamışdır.

Həmçinin, Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə toxunan Nazir müavini, iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan Respublikası ilə Gürcüstan rəhbərliyi arasında olan sıx münasibətlərin qurumlararası münasibətlərdə də öz əksini tapdığını bildirmişdir.

Daha sonra müsabiqənin qaliblərinin təltifetmə mərasimi keçirilmişdir.
Müsabiqəyə hər iki nominasiya üzrə 52 iş təqdim olunmuşdur. İlk üç yeri tutan iştirakçılara diplom və hədiyyələr, müsabiqənin iştirakçılarının hamısına təşəkkürnamələr, fərqlənən 4 işə görə isə sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.

Müsabiqə iştirakçıları səfir Faiq Quliyev və Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandr Xvtisiaşvili təltif olunmuşlar.

Tədbirin yekununda xatirə şəkili çəkilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti