...

Birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti Rafiq Hüseynov ilə bağlı tapşırıq verib

Siyasət Materials 28 Yanvar 2021 23:05 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti Rafiq Hüseynov ilə bağlı tapşırıq verib

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti Rafiq Hüseynov (Rəmiş) ilə bağlı tapşırıq verib.

Bu barədə Trend-ə gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Rəmiş xəstəxanaya yerləşdirilib. Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, hazırda həkim nəzarətindədir.

Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti