...

Milli Məclisdə gənclərlə bağlı keçiriləcək dinləmələrdə bu məsələlər müzakirə ediləcək

Siyasət Materials 2 Fevral 2021 13:50 (UTC +04:00)
Milli Məclisdə gənclərlə bağlı keçiriləcək dinləmələrdə bu məsələlər müzakirə ediləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Sabah Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda videokonfrans formatında dinləmələr keçiriləcək.

Trend-in məlumatına görə, dinləmələrdə deputatlar, dövlət qrumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.

Dinləmələrdə “Gənclər siyasətinin həyata keçirilməsində dövlətin üzərinə düşən vəzifə və öhdəliklər”, “Müasir Azərbaycan cəmiyyətində gənc ailənin statusu”, “Azərbaycan gəncliyinin inkişafında Gənclər Fondunun rolu” kimi mövzular müzakirə ediləcək.

Daha sonra dinləmə iştirakçıları mövzulara dair müzakirələr aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti