...

Azərbaycanın İordaniyadakı səfiri vəzifəsindən geri çağırıldı

Siyasət Materials 12 Fevral 2021 13:10 (UTC +04:00)
Azərbaycanın İordaniyadakı səfiri vəzifəsindən geri çağırıldı

Bakı. Trend:

Prezident İlham Əliyev R.Ş.Rzayevin Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam verib.

Trend xəbər verir ki, Sərəncamla Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti