...

Azərbaycanla Türkmənistan arasında yeni hökumətlərarası saziş hazırlanacaq

Siyasət Materials 18 Fevral 2021 13:41 (UTC +04:00)
Azərbaycanla Türkmənistan arasında yeni hökumətlərarası saziş hazırlanacaq

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanla Türkmənistan arasında yeni hökumətlərarası saziş hazırlanacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumunda əksini tapıb.

Memorandumda qeyd edilir ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.

Sazişin qısa zamanda hazırlanması üçün hökumətlər birgə işçi qrupu yaradacaqlar.

Qeyd edək ki, memorandum bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Sənədə əsasən, “Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənitana nisbətində bölüşdürülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti