...

İƏT nümayəndələrinin Ağdam və Gəncəyə səfəri başlayıb (FOTO)

Siyasət Materials 6 Aprel 2021 11:52 (UTC +04:00)
İƏT nümayəndələrinin Ağdam və Gəncəyə səfəri başlayıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndələri Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə Ağdam rayonu və Gəncə şəhərinə səfəri başlayıb.

Trend-in məlumatına görə, səfər çərçivəsində, həmçinin İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulur.

Xatırladaq ki, 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti