...

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat

Siyasət Materials 20 Aprel 2021 20:44 (UTC +04:00)
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

30 il müddətində Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirərək torpaqlarımızın 20 faizini işğal altında saxlamışdır. Nəticədə Azərbaycan Ermənistanı bölgədə bütün layihələrdən təcrid edib və Ermənistanı dalan dövlətə çevirib.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Ermənistanda siyasi, iqtisadi və sosial böhran Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən sonra daha da dərinləşdi və Ermənistanda vəziyyət daha da acınacaqlı duruma düşdü: “Əlbəttə, bu gün Ermənistan daxilində vətəndaş qarşıdurması, xaos, anarxiya və ciddi gərginlik yaşanır və Ermənistanın gələcəyi böyük sual altına düşüb. Ermənistanda bütün sahələrdə, o cümlədən, siyasi, sosial, iqtisadi, mənəvi-psixoloji böhran hökm sürür və bu, getdikcə daha da dərinləşir.

Emənistanda artıq bir neçə daxili cəbhə formalaşıb və bir-birilərinə qarşı ittihamlar irəli sürürlər. Ermənistan bu rəzil durumdan çıxmaq istəyirsə, Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini birmənalı qəbul etməli, 10 noyabr sazişinə əməl etməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir. Əks halda, Ermənistanın blokadada qalması davam edəcək və bugünkü rəzil vəziyyəti daha da mürəkkəb duruma düşəcək”.

Deputat vurğulayıb ki, Ermənistanın bu gün yeganə çıxış yolu Azərbaycanla münasibətlərin normallaşmasından, Azərbaycanla əlaqələrin müsbət formada qurulmasından, nəqliyyat və kommunikasiya xətlərinin açılmasından keçir. Əks tədqirdə, Ermənistanın vəziyyəti daha da acınacaqlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti