...

Ermənistan 30 il ərzində nəzarətdə saxladığı ərazilərdə həlak olmuş azərbaycanlıların axtarışı ilə bağlı addım atmadı - Nazir

Siyasət Materials 30 Aprel 2021 14:24 (UTC +04:00)
Ermənistan 30 il ərzində nəzarətdə saxladığı ərazilərdə həlak olmuş azərbaycanlıların axtarışı ilə bağlı addım atmadı - Nazir

Bakı. Elçin Mehdiyev – Trend:

44 günlük müharibədən sonra Azərbaycan azad olunmuş ərazilərdə qalan erməni hərbçilərinin cəsədlərinin axtarışı üçün şərait yaratdı, beynəlxalq təşkilatlar və rus sülhməramlıları ilə birgə erməni hərbiçiləri də axtarışlarda iştirak etdi. Amma 30 il ərzində Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistan nəzarətdə saxladığı ərazilərdə həlak olmuş azərbaycanlıların axtarışı ilə bağlı addım atmadı və buna görə Ermənistan ciddi qınaq obyekti olmadı.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litva xarici işlər naziri Gabrielius Landsbergis ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bir neçə gün öncə Kəlbəcərdə kütləvi məzarlıq tapıldı: “Deməli, bu cür kütləvi məzarlıqlar məlum idi, amma bununla bağlı Ermənistan tərəfi heç bir addım atmamışdı. Bu, insanlığa sığan bir hərəkət deyil”.

C.Bayramov əlavə edib ki, bir sıra Avropa ölkələri post-sovet məkanındakı münaqişlərə eyni yanaşmır, selektiv yanaşma göstərirlər. Bəzi ölkələr hər iki tərəfin mövqeyini öyrənirlər, ancaq bunlar istisna hallardır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti