Bakı. Trend:
Əminəm ki, gələcəkdə biz beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas onlayn tədbir zamanı deyib.
O bildirib ki, hazırda Azərbaycanda peyvəndləmə prosesi davam edir və bunun əsas məqsədi əhalinin təhlükəsizliyinin təmin olunmasıdır:
"Bir müddət əvvəl Azərbaycan COVAX mexanizmi vasitəsilə "AstraZeneca" vaksini əldə edib. Beləliklə, indi Azərbaycanda bir neçə COVID-19 vaksini var. Əminəm ki, qlobal peyvəndləmə beynəlxalq səfərlərin bərpasına imkan yaradacaq".
(Tərcümə: Orxan Nəbiyev)