...

Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM

Siyasət Materials 8 May 2021 17:56 (UTC +04:00)
Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam verib.

Trend xəbər verir ki, Sərəncamla Şuşa şəhərində növbəti istilik mövsümündə 31 binanın isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1,0 (bir milyon) manat vəsait ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti