Hərbi avtomobil Kəlbəcərin Ermənistanla sərhəd ərazisində minaya düşüb - MN təsdiqlədi

Siyasət Materials 27 May 2021 19:11 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə Nazirliyi (MN) Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşdüyünü təsdiqləyib.

Nazirliyin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov hərbi avtomobilin minaya düşməsi faktını Trend-ə təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Hadisə nəticəsində hərbçilər arasında ölən və yaralananların olması ilə bağlı dəqiq məlumat yoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti