...

Dövlət başçısının Ağdama növbəti səfəri çox uğurludur və ali məqsədlərə xidmət edir - Komitə sədri

Siyasət Materials 29 May 2021 17:55 (UTC +04:00)
Dövlət başçısının Ağdama növbəti səfəri çox uğurludur və ali məqsədlərə xidmət edir - Komitə sədri

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin regionlara, xüsusilə də işğaldan azad edilmiş ərazilərə səfərləri, təməlqoyma mərasimlərində iştirakı qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Prezidentin Ağdama növbəti səfəri çox uğurludur və ali məqsədlərə xidmət edir.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Prezident bu səfəri zamanı bir daha xatırlatdı ki, Ağdam dünyanın ən müasir, gözəl şəhərlərindən birinə çevriləcək, biz yeni bir müasir şəhər yaradacağıq: “Cənab Prezident bir daha bildirdi ki, işğaldan azad edilmiş bütün ərazilərimiz yenidən qurulacaq, gözəlləşdiriləcək. Əlbəttə ki, bu, ali bir məqsəddir”.

Komitə sədri vurğulayıb ki, Ağdam sovetlər dövründə Azərbaycanın ən gözəl şəhərlərindən biri olub: “Öz iqtisadiyyatı, təhsili, mədəniyyəti ilə Ağdam seçilən rayonlardan biri olub. Ancaq çox təəssüflər olsun ki, erməni işğalı zamanı rayon tamamilə məhv edilib, tarixi, mədəni və dini abidələr yer üzündən silinib. Bu gün Ağdamın müasir bir şəhərə çevrilməsi ölkə rəhbərinin diqqətində olan bir məsələdir”.

T.Rzayev xatırladıb ki, Prezidentin Ağdama səfəri zamanı yeni sənaye parkının və digər sosial obyektlərin təməli qoyuldu: “Ölkə rəhbəri qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirir. Eyni zamanda, Ağdamda sənaye parkinin yaradılması iqtisadi baxımdan çox əhəmiyyətlidir. Çünki bu sənaye parkı yeni üsullarla idarə olunacaq və bilavasitə “ağıllı şəhər” konsepsiyasına uyğun inkişaf etdiriləcək. Yeni sənaye parkında müasir texnologiyalar əsasında bir çox məhsulların istehsalı nəzərdə tutulur ki, bu da ölkəmizdə müxtəlif məhsullara olan tələbatın ödənilməsi üçün çox vacibdir. Bütün bunlar iqtisadi inkişafımıza mühüm töhfə verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti