...

İordaniya kralı 19 iyulda ABŞ prezidenti ilə görüşəcək

Siyasət Materials 8 İyul 2021 02:54 (UTC +04:00)
İordaniya kralı 19 iyulda ABŞ prezidenti ilə görüşəcək

Bakı. Trend:

İordaniya Kralı II Abdullahın 19 iyulda ABŞ prezidenti ilə görüşü keçiriləcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Amerika Birləşmiş Ştatları baş tutacaq görüşü Yaxın Şərqin üzləşdiyi bir çox problemi müzakirə etmək və bölgədə sülh və sabitliyin təmin edilməsində İordaniyanın liderlik rolunu nümayiş etdirmək üçün fürsət kimi qiymətləndirir.

Cozef Baydenin İordaniya Kralı II Abdullahla təhlükəsizlik və iqtisadiyyat sahələrində olduğu kimi, bir çox siyasi aspektlərdə də ikitərəfli əməkdaşlığın gücləndirilməsində işbirliyinə ümid etdiyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti