...

Paşinyan Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf etdi

Siyasət Materials 15 Sentyabr 2021 18:10 (UTC +04:00)
Paşinyan Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf etdi

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Gorus-Qafan yolunda İran yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması məsələsi barədə sualı cavablandırarkən deyib: "Bu kəndlərin adlarını azərbaycanca adlandırmağımın sadə bir səbəbi var. Mən bunu ona görə etdim ki, Ermənistan vətəndaşlarına bu məsələ aydın olsun - adıçəkilən kəndlər Ermənistan Resoublikasının və ya Sovet Ermənistanının ərazisində deyil. Ermənistan Respublikası bunu 2010-cu il inzibati bölgü haqqında qanunla de-yure tanıyıb".

Xatırladaq ki, avqustun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasındakı çıxışında Azərbaycan toponimlərindən istifadə etmişdi. "Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər" - deyə, bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti