...

Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

Siyasət Materials 16 Sentyabr 2021 13:40 (UTC +04:00)
Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

Bakı. Elnur Bağışov – Trend:

Bu həftə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İranın Azərbaycandakı səfiri arasında ikinci dəfə görüş baş tutub.

Trend-in məlumatına görə, bunг İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” səhifəsində yazıb.

Səfirin sözlərinə görə, Azərbaycan və İranın ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb:

"Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti, mövcud problemlər, iki ölkə münasibətlərinin möhkəmləndirilməsi haqqında məsləhətləşmələr və fikir mübadiləsi aparılıb".

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti