...

Ermənistan işğal dövründə torpaqlarımızda ekoloji terror törədib - Komitə sədri

Siyasət Materials 24 Sentyabr 2021 15:54 (UTC +04:00)
Ermənistan işğal dövründə torpaqlarımızda ekoloji terror törədib - Komitə sədri

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə qədər müddət ərzində təkcə şəhərlərimizi viran qoymayıb, eyni zamanda ərazilərimizdə ekoloji terror törədib.

Bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı çıxışını şərh edərkən deyib.

S.Qurbanov bildirib ki, sözügedən sessiyada cənab İlham Əliyevin çıxışındakı ekoloji tarazlığın pozulması və təbii ehtiyatların qanunsuz istismarı ilə bağlı məsələlər xüsusi diqqət çəkəndir. Komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyev uzun illər davam edən Ermənistanın işğalçı siyasətinin regionun ümumi inkişafına nə qədər böyük zərbə olduğunu vurğulamaqla, işğala son qoyulmasından sonra regionun iqtisadi-siyasi prioritetlərinin Azərbaycan tərəfindən istiqamətləndirilməsinin müxtəlif aspektlərini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev çıxışında işğal nəticəsində Azərbaycanın flora və faunasına vurulmuş ziyanların miqyasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

S.Qurbanov bildirib ki, bu çıxışı ilə Prezident İlham Əliyev işğal nəticəsində Ermənistanın təkcə Azərbaycanın deyil, bütövlükdə regionun təbiətinə nə qədər böyük zərbə vurduğunu göstərdi: “Dövlət başçısının çıxışında su ehtiyatları ilə bağlı məsələlərə xüsusi yer ayırması təsadüfi deyildi. Prezident İlham Əliyev beynəlxalq tribunadan Ermənistan tərəfindən regionun su ehtiyatlarının məhv edilməsini, çirklənməsini və eyni zamanda, vaxtilə bu ölkənin su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə etməsini, bu sahədə beynəlxalq hüququn normalarının kobud şəkildə pozulmasını da xüsusi vurğulayıb”.

Hesab edirik ki, Prezidentin bütün çıxışları kimi beynəlxalq tribunadan səsləndirdiyi bu proqram xarakterli çıxışı Azərbaycanda ekoloji tarazlığın bərpa edilməsinin istiqamətlərini düzgün müəyyənləşdirməklə bərabər, Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində ekoloji cinayətlərdə iştirak etmiş xarici şirkətlərin cəzalandırılmasına nail olacağımıza şərait yaradacaq”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti