...

Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)

Siyasət Materials 22 Oktyabr 2021 16:51 (UTC +04:00)
Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Milli Məclisinin deputatı, MDB Gənclər Parlamentlərarası Assambleyasının (GPA) koordinatoru Emin Hacıyev Sankt-Peterburqda keçirilən konfransın iştirakçılarına Azərbaycanın erməni işğalından azad edilmiş torpaqlarının genişmiqyaslı bərpası və yenidən qurulması prosesindən danışıb.

Trend xəbər verir ki, “Müasir şəhərin siması” mövzusunda təşkil olunan, MDB-də Memarlıq və şəhərsalma ilinə həsr olunmuş konfrans Müstəqil Dövlətlər Birliyinə (MDB PA) Üzv Dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 17-ci iclası çərçivəsində keçirilib.

E.Hacıyev qeyd edib ki, müasir şəhərsalma tendensiyaları, “ağıllı”, resurslardan asılı olmayan yaşayış məntəqələri anlayışları Azərbaycanda da nəzərə alınır və geniş istifadə olunur.

Onun sözlərinə görə, bunun bariz nümunəsi bu ilin aprelində Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunda “ağıllı kənd”in təməlinin qoyulması mərasiminin keçirildiyi Qarabağ bölgəsinin uğurlu bərpası prosesidir:

“Ən qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə Füzuli beynəlxalq hava limanı inşa edildi, Zəngilanda hava limanının təməli qoyuldu. Bütün bunlar bölgənin turizm potensialının inkişafına xidmət edəcək”.

Milli Məclisin deputatı gənc memar və dizaynerlərin Azərbaycanda, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında şəhərsalma layihələrində fəal iştirak etdiklərini, doğma ölkələrinin müasir görünüşünün formalaşmasına töhfə verən müasir həllər yaratdıqlarını da diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti