...

Qlobal Bakı Forumu dünya üçün vacib olan məsələlərin müzakirəsinə imkan yaradır - YUNESKO-nun xoşməramlı səfiri

Siyasət Materials 4 Noyabr 2021 19:11 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Qlobal Bakı Forumunda iştirakdan qürurlanıram. Bu forum dünya üçün vacib olan məsələlərin müzakirəsinə imkan yaradır.

Trend-in məlumatına görə, bunu YUNESKO-nun xoşməramlı səfiri Marianna V. Vardinoyannis VIII Qlobal Bakı Forumu çərçivəsində “Sülh, təhlükəsizlik və insan haqları: Yeni erada” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, təmsil etdiyi təşkilat insan hüquqlarının pozuntusu ilə bağlı olan məsələləri həll edir: “Hər bir insan cinsindən və irqindən asılı olmayaraq, hörmətə layiqdir. Sabitliyə, ədalətə çıxış təhsilə investisiyadan başlayır. Hər bir şəxsin təhsilə əlçatanlığı olmalıdır”.

Pandemiyaya qarşı mübarizdə əbirgə səylərin əhəmyyətindən danışan M.Vardinoyannis vaksinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edib. “Biz bütün səylərimizi birləşdirib pandemiyaya qarşı birgə mübarizə aparmalıyıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti