...

Türk Şurası regionun və dünyanın rifahına ciddi töhfə verən çox mühüm strukturdur - Yalçın Topçu

Siyasət Materials 12 Noyabr 2021 22:25 (UTC +04:00)
Türk Şurası regionun və dünyanın rifahına ciddi töhfə verən çox mühüm strukturdur - Yalçın Topçu

Bakı. Humay Ağacanova - Trend:

Üç qitəni birləşdirən coğrafiyası və iki trilyon dollara çatan milli gəliri ilə Türk Şurası regionun və dünyanın rifahına, sülh və təhlükəsizliyinə ciddi töhfə verən, beynəlxalq əhəmiyyətli mühüm strukturdur.

Bunu Trend-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın ev sahibliyi ilə Türk Şurasının 8-ci Zirvə Görüşü "Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər" mövzuları çəçirvəsində "Demokratiya və Azadlıqlar" adasında keçirildi.

"Ümid edirik ki, türk dövlətləri liderlərinin Zirvə Görüşü Türk dünyasının, İslam dünyasının və bütün bəşəriyyətin sülh və rifahına vəsilə olacaqdır. Üç qitəni birləşdirən coğrafiyası və iki trilyon dollara çatan milli gəliri ilə Türk Şurası regionun və dünyanın rifahına, sülh və təhlükəsizliyinə ciddi töhfə verən, beynəlxalq əhəmiyyətli mühüm strukturdur" - deyə, o bildirib.

Y.Topçu, həmçinin qeyd edib ki, Türk Şurası liderlərinin 8-ci Zirvə Görüşü zaman və beynəlxalq gündəm baxımından çox vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti