...

Dünən keçirilən forum Prezdent İlham Əliyevin gənclərə olan diqqət və qayğısının əyani sübutu idi - Forum iştirakçıları təəssüratlarını bölüşdülər

Siyasət Materials 3 Fevral 2022 15:28 (UTC +04:00)
Dünən keçirilən forum Prezdent İlham Əliyevin gənclərə olan diqqət və qayğısının əyani sübutu idi - Forum iştirakçıları təəssüratlarını bölüşdülər

Bakı. Aysel Quliyeva -Trend:

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib.

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak etdi və gəncləri maraqlandıran sualları cavablandırdı. Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak ediblər.

Trend Gənclər Forumunda iştirak edən və Prezident mükafatı ilə təltif olunan gənclərin təəssüratlarını öyrənib.

Süni intellekt sahəsində Prezident mükafatçısı Əliqənbər Xəlili bildirib ki, dünənki görüşdə Prezdentin gənclər üzərindəki dəstəyini tam hiss ediblər.

"Prezdentin sözləri bizim motivasiyamızı daha da artırdı. Əlavə edim ki, növbəti iki ildə Azərbaycan öz məhsullarını dünyaya təqdim edəcək. Qeyd etmək istəyirəm ki, 25 ildə ilk dəfə Gənclər Günü bu formada, yeni formatda keçirildi”, - deyə o əlavə edib.

Gənclərin Karyera və İnkişaf Mərkəzinin direktoru Coşqun Hidayətov isə qeyd edib ki, Prezdent tərəfindən ikinci dəfə təltif olunmasına baxmayaraq, görüş zamanı ilkdəfəki kimi həyacanlı və qürurlu olub.

"İlk dəfə isə cənab Prezident tərəfindən Vətən Müharibəsində Cəbrayılın azad olunmasında iştirakıma görə təltif olunmuşdum.

Budəfəki mükafat yalnız 10 gəncə yox, bütün Azərbaycan gəncliyinə verilən mükafatdır. Gənclərə tövsiyə edirəm ki, hər zaman öz üzərlərində çalışsınlar, bilik və bacarıqlarını daim artırsınlar, vətəni sevsinlər, vətəninə, millətinə bağlı olsunlar. Əmin olsunlar ki, çəkdikləri əziyyətin bəhrəsini bir gün mütləq görəcəklər”, - deyə C.Hidayətov əlavə edib.

"ASAN Könüllüləri" Təşkilatının sədri, 2022-ci il Gənclər üçün Prezident mükafatı ilə təltif olunan Emiliya Bayramova bildirib ki, dünən keçirilən forum Prezidentimizin gənclərə olan diqqət və qayğısının əyani sübutu idi.

"Forumda Prezident gənclərə öz tövsiyələrini və tapşırıqlarını verdi. Bizlər də daim çalışacağıq bu tapşırıqları ən yaxşı şəkildə, layiqincə həyata keçirək. Mən də ictimai və sosialyönümlü fəaliyyətimə görə 2022-ci ildə Cənab Prezident tərəfindən gənclər mükafatına layiq görüldüm. Bu mükafatı aldığıma görə çox qürurluyam və fəxr hissi duyuram. Bu mükafat bir ASAN könüllüsü olaraq mənim timsalımda bütün könüllülərə qarşı göstərilən diqqət və qayğının bariz nümunəsidir”, - deyə E.Bayramova əlavə ediib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti