...

Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsi növbəti müsbət addımdır - Şarl Mişel

Siyasət Materials 7 Fevral 2022 15:44 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsi növbəti müsbət addımdır.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, bu müsbət addım Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş dördtərəfli görüş nəticəsində əldə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarmışdır. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti