...

Azərbaycan elmində islahatlar lazımdırmı?

Siyasət Materials 15 Fevral 2022 22:46 (UTC +04:00)
Azərbaycan elmində islahatlar lazımdırmı?

Bakı. Trend:

"Elm və Müdriklik. Elm təşkil edilmiş biliklərdir. Müdrüklük təşkil edilmiş həyatdır". Bu sözlər məhşur alman filosofu, maarifçilik dövrünün görkəmli mütəfəkkirlərindən biri İmanuil Kanta məxsusdur. Tarix göstərir ki, ancaq elm və biliklərin vasitəsi ilə insan mənalı həyatını təşkil edə bilər. Bəşəriyyət elmi texnologiyalar əsrində yaşayır və əfsuslar olsun ki, müasir elm biliklərə daha tez yiyələnir, nəinki cəmiyyət müdrikliyə nail olur. Biz elmi və bilikləri müdriklikdən ayırmağı bacarmalıyıq. Elm və biliklər insana həyatda qazanc gətirir, müdriklik isə səmərəli və mənalı həyat qurmağa yardım edir.

Müdriklik elmdə sərbəstlik və onun inkişafına yönəldilən düşüncülərin inkişafı deməkdir. Burada böyük elmi məktəb keçmək xüsusi rol oynayır. Müasir zamanda böyük elmi məktəb keçməyən insanın dərin elmi nəaliyyətlərə sahib olması mümkün deyil. Sözsüz ki, dünyada vunderkind və dühalara rast gəlirik və onlar üçün heç bir elmi məktəbə ehtiyac yoxdur. İ.Nyuton, RQauss, A.Puankare, A.Eynşteyn, A.Kolmoqorov və digırləri. Belə şəxslər dünyaya 100 ildə bir dəfə gəlir. Böyük elm təşkilatçıları və tanınmış alimlərə nəzər salaq. A.N.Nesmeyanov, M.V.Keldış, A.RAIeksandrov - SSRİ Elmlər Akademiyasının keçmiş prezidentləri, İ.G.Petrovski, R.V.Xoxlov, A.A.Logunov -M.V.Lomonosov adına Moskva Dövlət universitetinin keçmiş rektorları, V.İ.Vernadski, B.Y.Paton - Ukraina Elmlər Akademiyasının keçmiş prezidentləri, N.İ.Musxelişvili - Gürcüstan Elmlər Akademiyasının prezidenti, Nobel mükafatı laureatı tanınmış pakistanlı fizik Əbdüs Salam - Ümümdünya Elmlər Akademiyasının və Nəzəri Fizika üzrə Beynəlxalq Mərkəzin qurucusu və ilk rəhbəri. Bu alimlərin hər biri böyük elmi məktəb keçmiş, həyatlarının və elmi fəaliyyətlərinin ən parlaq dövrlərində elmə rəhbərlik etmişlər. Dünya çapında nəyəsə nail olmaq və xalqımıza hər hansı fayda verə bilmək üçün Azərbaycan elmində islahatlara, yeni nəfəsə və yüksək elmi nüfuza malik islahatçı rəhbərə böyük ehtiyac vardır. Çoxdan sübut edilməş həqiqətdir ki, yuxarıdan inzibati göstərişlır elmin inkişafına nəinki kömək etmir, əksinə onun inkişafına əngəl törədir. Elm məmurluğu qəbul etməz, ona görə elmə məmurluğu gətirmək deyil, məmurluğu elmi əsaslar üzərində qurub daha produktiv etmək lazımdır. Elmi təşkilatların rəhbərləri ilk öncə tanınmış alimlər və elmdə nüfuzu olan şəxslər olmalıdır.

Bu gün Azərbaycan elmində və xüsusən Elmlər Akademiyasında mürəkkəb vəziyyət yaranmışdır, demək olar ki, Akademiya ən ağır günlərini yaşayır. Müxtəlif çəkişmələr və xoşa gəlməyən söhbətlər sözsüz ki, elmin inkişafına böyük zərər verir. Elm müdriklik tələb edir, amma elmdə müdriklik bürokratik təcrübə ilə və məqalələrin sayı ilə ölçülmür. Digərlərinin işlərinə sahib çıxmaq və yazmadığı məqalə və kitablarda həmmüəllif olmaq nəinki müdriklikdən uzaqdır, bu heç bir etik normalarada sığmır. İldə 25-30 məqalə "yazan" "alimə" hörmət bəsləmək münkündürmü?

Dünya elminin tarixində ən məhsuldar alim Leonard Eyler olmuşdur. 0, 60 illik elmi fəaliyyəti dövründə (76 il yaşamışdır) 850 elmi məqalə dərc etmişdir. Onun məqalələri üzərində çalışan bir çox böyük alimlər ərsəyə gəlmişdir. RLaplas, J.Laqranj, A.Lejandr, F.Qauss, O.Koşi, RÇebişev və d. Əgər L.Eyler kimi dahi ildə 12-13 məqalə hazırlayırdırsa bu psevdo-alimlər üçün bir dərs olmalıdır. Məhz, burada elmi müdriklik özünü göstərməli və digərlərinin işlərinə həmmüəllif olmaq praktiasına son verilməlidir.

Elmin maliyələşməsi. Elm maliyəni biliklərə çevirməkdən ibarətdir və elmi biliklər nə qədər məqsədyönlü istifadə olunarsa, о qədər elmi nəticələr cəmiyyət üçün səmərəli olar. Əgər elm maliyyəni biliklərə çevirirsə, innovasiyalar bilikləri maliyyəyə çevirir. Ona görə dünya elmində Maliyyə-Elm-İnnovasiya-Maliyyə zənciri mövcuddur. Qeyd etmək lazımdır ki, əgər elm maliyyəni biliklərə çevirirsə, innovasiyaların məqsədi elmə ayrılan vəsaitləri dəfələrlə çoxaltmaqdan ibarətdir. Elmin gətirdiyi gəlirlər böyük rəqəmlərlə ölçülür və ona görə dünyada elmin əsas sponsoru dövlətdir. Son illər özəl şirkətlər və konsorsiumlar (Samsung, Sony, Huawei və s.) tərəfindən elmə böyük vəsaitlərin yönəldilməsinə baxmayaraq, elmin əsas sponsoru dövlət olaraq qalır. Müasir elmin qeyri standard ideyalara və yeni istiqamətlərin inkişafına ehtiyacı var. Bu gün maliyyə və aktuar riyaziyyatı, maliyyə və koqnitiv texnologiyaları və digər yeni

sahələrin inkişafına ehtiyac var. Bu sahələri dərindən anlayan və inkişaf etdirən alimlərin yetişməsi zamanənin tələbidir. Dünyanın ən aparıcı dövləti olan ABŞ-da ildə elmə 500 mlrd. dollardan çox vəsait ayırılır və bu vəsaitin yarısından çoxu dövlət tərəfindən ödənilir. Elmin maliyyələşməsinə vəsait ayrılması baxımından ABŞ-dan sonra Çin gəlir və bu ölkədə ildə elmə 400 mlrda yaxın vəsait ayrılır.

Son 25 ildə bütün ölkələrdə alimlərin sayının azalması müşahidə olunur, ABŞ və Çin istisna olmaqla. Bu ölkələrdə alimlərin sayı artmaqdadır. Məhz, elmin yüksək səviyyəsinə görə bu ölkələr (Avropa Birliyini çixmaq şərtilə) dünyanın iki nəhəng iqtisadiyyati sayılır. Biliklər о zaman böyük maliyyələrin gəlməsinə səbəb olar ki, onlar yüksək səviyyədə təşkil olunsun, konkret məsələlərə yönəldilsin və konstruktiv plana uyğun olaraq həyata keçirilsin. Biliklər sadəcə, qlobal məsələlərin həlli üçün mümkün olan bir potensialdır. Biliklər о zaman real gücə çevrilə bilər ki, dəqiq plan üzərində müxtəlif konkret məsələlərə yönəldilsin. Ona görə sivil, inkişaf etmiş cəmiyyətdə elm və ümumiyyətlə, biliklər məqsədyönlü istifadə olunaraq məmurluğun üzərində hökm sürür. Bürokratiyanın, məmurluğun bilik və yaradıcılıq üzərində hökmranlıq etməsi cəmiyyət üçün böyük təhlükədir. Elmin konvergensiyası. Qədim Yunanıstanda elm bir bölünməz vahid kimi təsəvvür olunurdu. Müasir zamanda müxtəlif elmi istiqamətlər arasında sərhədlər silinir və elm təbiətin və insan düşüncəsi arasında olan əlaqəni ifadə edən bir bölünməz varlığa çevrilərək öz köklərinə qayıdır.

Sivilizasiyanın inkişafı zamanı elmin transformasiyasına və yeni elmi-texnoloji vəziyyətin, bəşəriyyətin XXI-ci əsrdə inkişafına nəzər salaq. Söhbət elmin konvergensiya adlanan, müxtəlif elm sahələrinin və texnologiyalrının bir biri ilə six əlaqəsindən gedir. Yeni yaranmış elmi texnoloji vəziyyət aşağıda göstərilən RNBİK prinsipə əsaslanır. Burada R- Riyaziyyat, N - nano, В - Bio, İ - İT, К - canlıların və xüsusən insan şüurunu və fəaliyyətini ifadə edən Koqnitiv texnologiyalar. Müasir zamanda təbiətdə olan mürəkkəb proseslərin riyazi modellərini qurmadan onları araşdırmaq mümkün deyil. XX-ci əsrin ən böyük kəşfi insan genomunun açılmasıdır. Riyaziyyatın, fizikanın, kimya, biologiya psixologiya və komputer texnologiyalarının bir araya gəlməsi və xüsusən koqnitiv texnologiyalarının əsasında bu mümkün oldu.

Müasir zaman müxtəlif elmi sahələrin konvergensiyasının gücləndirilməsini və koqnitiv texnologiyalarının inkişafını tələb edir. Amma bu heç də demək deyil ki, bütün istiqamətləri bir araya gətirib nələrsə yaradılacaq. Konkret sahələr və məqsədlər müəyyən edilməli və bundan sonra bu məsələləri həll etmək üçün elmi mərkəzlər yaradılmalıdır. Misal kimi Rusiyanı göstərmək olar. Komputer texnologiyalarında Rusiya geridə qalsa da, bu ölkədə fundamental elm sahələrində aparılan tədqiqatlar ən yüksək səviyyədədir. Bu gün Rusiyada Dünya Səviyyəli Elmi Mərkəzlər (mərkəzlər belə adlanır) fəaliyyət göstərir. Belə Mərkəzlərin məqsədi konkret sahədə qarşıya vəzifələr qoyub ona nail olmaqdır. Sevindirici haldır ki, bu Mərkəzlərin birində (Kazan Federal unuversitetinin nəzdində yaranmış Planetimizdə Maye Karbohidrogenlərin Səmərəli İstifadəsi Mərkəzi) AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev idarə heyətinə daxil edilib. Bu onu göstərir ki, ölkəmizdə dünya səviyyəli alimlər mövcuddur, amma ildən-ilə bu potensial azalır. Bu Mərkəzin fəaliyyətində Skolkovo da iştrak edir. Belə Mərkəzlər büdcədən deyil, digər müxtəlif təşkilatlar tərəfindən maliyyələşdirilir. Məsələn, ABŞ-da belə Mərkəzlər Harvard və Yel universitetlərinin nəzdində fəaliyyət göstərir və universitetin büdcəsindən maliyyələşdirilir. Çində Gənc istedadlar proqramı həyata keçirilir. Bu proqrama əsasən dünyanın və Çinin aparıcı alimləri, gənc istedadlı Çinli araşdırmaçıları ilə bərabər, əhəmiyyətli dövlət sifarişlərini həyata keçirirlər. Hər bir ölkə öz məqsədlərinə uyğun olaraq belə Mərkəzləri yaradıb, konkret dövlət sifarişlərini həyata keçirə bilər. Azərbaycan.

44 günlük müharibə Müzəffər Ordumuzun qələbəsi ilə başa çatdı və ölkəmiz praktiki olaraq ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın prezidenti cənab İlham Əliyev prioritet sahə kimi Qarabağın bərpa olunmasını elan etdi və xüsusi olaraq ağıllı şəhər və qəsəbələrin yaradılmasını qeyd etdi. Qarabağda Ağıllı şəhər və qəsəbələrin yaradılması üçün belə Mərkəzin yaradılması məqsədə uyğun olardı. Belə Mərkəzin işində iştrak etmək üçün bu sahədə dünyanın tanınmış mütəxəsislərini və şirkətlərini dəvət etmək olar. Eyni zamanda gənc alimlərimizi də bu işə səfərbər etmək faydalı olardı. Onlar həm çalışıb, həm də öyrənib gələcəkdə aparıcı mütəxəssislərə çevrilə bilərlər. Fevralın 2-də Bakıda gənclər təşkilatlarının 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi. Forumda ölkə prezidenti cənab İlham Əliyev çıxışında gənclərin xaricdə təhsil alması proqramını qeyd etdi. Belə proqramlar çərçivəsində konkret sahələr üzrə (məsələn, ağıllı şəhər və qəsəbələr) gənclərin təhsil alması məqsədə uyğun olardı. Şərt deyil ki, proqrama uyğun olaraq gənclər bakalavr ya magistr pillələrində təhsil alsınlar. Paralel olaraq belə proqramlar çərçivəsində gəncləri müxtəlif konkret sahələr üzrə kurslara, ya tanınmış şirkətlərdə təcrübəyə göndərmək olardı. Ağıllı şəhər və qəsəbələrin yaradılması kəsilməz prosesdir və onun hər zaman yenilənməsi tələb olunur. Ona görə yüksək ixtisasa malik olmuş gənclər belə Mərkəzlərdə daimi iş ala bilərdi. Bu günlərdə Bakıda, on-line rejimində tanınmış alim Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans öz işini başa çatdırdı.

Konfrans ölkə prezidenti cənab İlham Əliyevin qərarına əsasən keçirilirdi və konfransın işində 15 ölkədən aparıcı alimlər iştrak edirdi. Yeni yaradılan Mərkəzlərin birinə Lürfi Zadənin adının verilməsi məqsədə uyğun olardı və bunula biz həmyerlimizin adının əbədləşdirilməsinə nail olaraq eyni zamanda Mərkəzin mövzusunu müəyyən edərdik. Bu Mərkəzlə Soft Computing (Yumşaq hesablamalar) sahəsində olan alimlər məmnuniyyətlə əməkdaşlıq edərdilər, ölkəmiz isə konkret dövlət əhəmiyyətli məsələlərin həllinə nail olardı.

Digər gözəl misal kommunikasiya sahəsində dünyada məhşur olan Çinin Huawei şirkətidir. Bu şirkət özəldir, amma onun səhmləri sadəcə orada çalışan şəxslərə məxsusdur. Əgər işçi şirkəti tərk edərsə üç il ərzində onun səhmləri pul dəyərində qaytarılır. Belə yanaşma sağlam rəqabət yaradır və insanlar işlədiyi yeri yüksək qiymətləndirir. Əgər Azərbaycanda yaradılan Mərkəzlər bu prinsiplə yaradılarsa о zaman gənc və qabiliyyətli proqramçılarımız belə Mərkəzlərə işləməyə daha həvəslə gələrlər. Elmi yeniliklərin tətbiüi istiüamətində digər vacib sahə kənd təsərrüfatıdır. Bu sahədə Hollandiya və İsraildə böyük nəaliyyətlər əldə edilmişdir. Belətəcrübə Mərkəzlərin yaradılması nümunələri nəinki Azərbaycana gətirilməlidir, eyni zamanda onların təcübəsi Azərbaycanın şəraiti üçün uyğunlaşdırılmalı və inkişaf etdirilməlidir. Məsələn, bir sahədən başlamaq olardı, tətbiqi riyaziyyat və rəqəmsal (digital) texnologiyalar. Tətbiqi riyaziyyat maliyyə, bank işi, maliyyə texnologiyalarının əsasını təşkil edir və bu sahələr dünyada iqtisadiyyatın inkişafına böyük töhvələr verir. Rəqamsal texnologiyalar ağıllı şəhər və qəsəbələrinin yaradılmasının əsaslarını təşkil edir. Ona görə bu istiqamət konkret sahəni əhatə edəcək. Digər tərəfdən rəqəmsal texnologiyalar dünyanın gələcəyidir və onların tətbiqini gələcəkdə genişləndirmək olardı. Nəhayət, riyazi modeller qurulmasa heç bir nəticə əldə etmək mümkün olmayacaq. Belə Mərkəzlərin fəaliyyətini məmurlardan uzaq tutmaq üçün onlar ya ölkə prezidentin, ya da baş nazirin himayəsi altında fəaliyyət göstərməlidir. Zaman keçdikdə bu Mərkəzlər sərbəst, hətta özəl ola bilər amma mütləq Huawei şirkətində qəbul olunmuş prinsiplər əsasında. Məqalənin başlığında qoyulan suala cavab olaraq, əminliklə demək istərdim ki, ölkəmizdə elmin reformasiyası və islahatların həyata keçirilməsi həm dövlət, həm də mənəvi baxımdan bir zərurətdir və zəmanənin tələbidir. AMEA-nın yeni nəfəs və zamanın tələblərinə uyğun olan yeni addımlara ehtiyacı var. İlk öncə kadr dəyişiklikləri və dərin islahatlar aparılmalıdır. Elmi subyektivlikdən, elmdən uzaq olan psevdoalimlərdən və məmur düşüncəsindən qurtarmaq lazımdır. Alimlərin cəmiyyətdə olan nüfuzlarının yüksəldilməsi və elmi cəmiyyətdə ən prestijli və cəlbedici sahəyə çevirmək, elmi sevən və ona xidmət edən hər bir şəxsin müqəddəs borcudur.

Bu məsələrin həlli üçün elmdə öz sözünü demiş, sərbəst düşüncəyə malik olan, fundamental elmin nəaliyyətlərini dərindən anlayan, yüksək elmi nüfuzları olan liderlərə böyük ehtiyac var. AMEA institutlarının birləşdirilməsi məsələsinə baxılmalı və onların fəaliyyətlərini konkret məsələlərin həllinə yönəltmək bir zərurətdir. İşçilərin sayı 20-30 olan institutlara ehtiyac yoxdur. İnstitutların rəhbərlərinə institutun mövcud ştat vahidləri daxilində yeni istiqamətlər üzrə qurumların yaradılmasına və elmi nəticə verməyən strukturların bağlanılmasına imkan yaradılmalıdır.

Bu gün ölkəmizi dərin təhsilli və elmə yüksək qiymət verən prezident Iham Əliyev idarə edir. Ona görə, əminəm ki, elmi ictimaiyyətimiz elmdə yeni islahatların həyata keçirilməsi üçün lazımı qərarları qəbul edəcək və bu islahatlar ölkəmizin inkişafına lazımı töhvələr verərək ölkə başçısı tərəfindən dəstəklənəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi, AMEA-nın akademiki, Ümumdünya Elmlər Akademiyasının üzvü Asəf Hacıyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti