Şuşa. Trend:
Azərbaycan 2050-ci ilə qədər işğaldan azad olunan əraziləri sıfır emissiya zonası elan etməyə hazırlaşır. Ona görə də burada təbiətə dost olan bütün layihələrin həyata keçirilməsinə önəm veririk.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, BMT ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq mövcuddur və daha da çox olacaq.
“Xüsusilə də təbiətin mühafizəsi, suyun idarə edilməsi və digər istiqamətlər üzrə proqramlar hazırlamışıq”, - deyə nazir bildirib.