Bakı. Trend:
Rusiya ümid edir ki, Qarabağla bağlı vəziyyət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə başa çatacaq.
Trend-in məlumatına görə, bunu Rusiya parlamentinin Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
"Biz ümidvarıq ki, bu vəziyyət məhz sülh müqaviləsi ilə başa çatacaq. Biz bunu həqiqətən arzulayırıq", - V.Matviyenko bildirib.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da qeyde dib ki, Moskva ümid edir ki, Qarabağdakı gərginlik Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı çərçivəsində tənzimlənəcək.