...

Azərbaycan və Ermənistan aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması barədə razılığa gəliblər - Aİ Şurasının Prezidenti

Siyasət Materials 7 Aprel 2022 03:26 (UTC +04:00)
Azərbaycan və Ermənistan aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması barədə razılığa gəliblər - Aİ Şurasının Prezidenti

Bakı. Trend:

Azərbaycan və Ermənistan aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün yekunları üzrə yaydığı bəyanatda deyilir.

"Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası;

sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti