Bakı. Trend:
Brüssel görüşü Azərbaycanın diktəsi ilə keçdi. Bizim uzun illər apardığımız balanslaşdırılmış xarici siyasətimiz öz müsbət nəticələrini verməyə başladı.
Trend-in məlumatına görə bunu SİA-ya müsahibəsində Birinci Qarabağ müharibəsi veteranı, siyasi ekspert Elşad Həsənov deyib.
Onun sözlərinə görə, aprelin 6-da Brüsseldə keçirilən görüşdə Azərbaycanın təqdim etdiyi 5 maddəlik prinsiplər qəbul olundu.
"Bu prinsiplər obyektiv və reallığı əks etdirən məsələlərdir və Ermənistan da bu maddələri qəbul etməyə məcbur oldu. Birgə keçirilən 3 tərəfli görüşü Azərbaycanın siyasi qələbəsi hesab etmək olar. Məhz Brüssel görüşündən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı göstərir ki, o xalqa sülh şəraitində yaşamalı olduqlarını başa salmağa çalışır. Ermənistan rəhbərliyi başa düşür ki, Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşasalar, iqtisadi cəhətdən inkişaf edəcəklər", -deyə o bildirib.
Videomüsahibəni təqdim edirik: