...

Tərtərin hərbi prokuroru vəzifəsindən azad edildi

Siyasət Materials 20 Aprel 2022 18:21 (UTC +04:00)
Tərtərin hərbi prokuroru vəzifəsindən azad edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Tərtər rayonunun hərbi prokuroru vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.

Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək Tərtər rayon hərbi prokuroru təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti