Şuşa. Trend:
Qarabağdakı tikinti işləri heyranlıq doğurur.
Trend-in məlumatına görə, bunu Avropa Siyasət Mərkəzinin siyasi məsələlər üzrə analitiki Amanda Pol Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı deyib.
"Mən Qarabağda infrastrukturun inkişafını qeyd etmək istərdim. Mən Şuşaya birinci dəfədir gəlmişəm və burada aparılan tikinti işlərinə heyranlıq duyuram", - deyə o bildirib.
Ekspert, həmçinin, deyib ki, Qarabağda bərpa işlərinin irəliləməsi ilə turizmin uğurlu inkişafı üçün də imkanlar açılacaq.
Qeyd edək ki, bu gün Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.
Konfrans çərçivəsində "Şuşa - dirçəlişə gedən yol" və "Əməkdaşlıq, imkanlar və çağırışlar" mövzusunda iki panel müzakirələri nəzərdə tutulub.
(Tərcümə: Orxan Nəbiyev)