...

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması regionda hadisələrə düzgün reaksiya verə bilmək üçün lazımdır - Fərid Şəfiyev

Siyasət Materials 23 May 2022 13:43 (UTC +04:00)
Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması regionda hadisələrə düzgün reaksiya verə bilmək üçün lazımdır - Fərid Şəfiyev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması regionda hadisələrə düzgün reaksiya verə bilmək üçün lazımdır.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması ilə bağlı dəyirmi masa zamanı deyib.

"Şuranın ekspertləri regionda baş verən hadisələrə düzgün reaksiya nümayiş etdirməli olacaq. Baş verən son dəyişikliklər dünyadakı hadisələrin təkcə iki ölkə arasında deyil, həm də regionun bütün dövlətləri tərəfindən düzgün qiymətləndirilməsini tələb edir. Bizim ekspert şurası mövcud reallıq və çağırışların düzgün qiymətləndirilməsinə xidmət edəcək. Bundan başqa, ekspert şurası çərçivəsində humanitar, siyasi, iqtisadi sahələrə aid məsələlər müzakirə olunacaq. Şura həm dövlət strukturları, həm də ümumiyyətlə cəmiyyət üçün faydalı olacaq", - F.Şəfiyev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti