...

Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır

Siyasət Materials 24 May 2022 08:00
Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Görüşün yekunları üzrə yaxın günlərdə dövlətlərarası sərhəddə sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Həmçinin Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitlər, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılıq əladə edilib. Tərəflər həmçinin Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh sazişi dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.

Bu razılaşmaları Trend-ə şərh edən Avropa Siyasət Mərkəzinin siyasi məsələlər üzrə analitiki Amanda Pol bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün nəticələri gələcək sülh sazişi yolunda növbəti müsbət addımdır.

"Düşünürəm ki, görüş çox ümidvericidi oldu və Şarl Mişelin mətbuata bəyanatı daha öncə oxşar görüşlərdən sonra etdiyi hər üç bəyanatda ən anlamlısı oldu", - deyə A.Pol bildirib.

Onun sözlərin görə, məhz bu görüş Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesində əldə edilmiş irəliləyişi müşahidə etmək imkanı verir.

"Bu, Prezident İlham Əliyev, baş nazir Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Şarl Mişel arasında üçüncü belə görüş olub. Biz irəliləyişi görürük. Müzakirələr daha məzmunlu xarakter alıb, tərəflər sülhü təşviq etmək üzrə getdikcə daha ciddi öhdəliklər götürürlər", - deyə analitik bildirib.

Məsələn, o qeyd edib ki, bu öhdəliklərdən biri sərhəd komissiyalarının ilk birgə iclasının vaxtı ilə bağlı razılaşma, eləcə də gələcək sülh sazişinin müzakirəsinin təşviqinə dair razılaşma olub.

"Aİ indi müharibədən sonrakı dövrdə sülh sazişinin əldə edilməsi, sülh istiqamətində addımlar və uzunmüddətli davamlı sülh baxımından mərkəzi rol oynayır", - deyə A.Pol bildirib.

Öz növbəsində israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Trend-ə bildirib ki, bu danışıqların lokomotivi, aparıcı qüvvəsi Azərbaycan Prezidenti İlham Əliyevdir.

"Azərbaycan Prezidenti bütün dünyaya göstərdi ki, o, əsl sülhməramlıdır. O, yaxın zamanda sülh müqaviləsinin imzalanmasının zəruriliyi bildirirdi və bunun üçün mümkün və -qeyri-mümkün hər şeyi edirdi. Heç kimə sirr deyil ki, Azərbaycan Prezidenti ölkənin Xarici İşlər Nazirliyinə, bütün köməkçilərinə, bütün məmurlara bütün lazımi göstərişləri verib ki, sülh müqaviləsinin imzalanması üçün bütün lazımi sənədlər hazırlansın", - deyə M.Finkel bildirib.

İsrailli hüquqşünas vurğulayıb ki, Ermənistanda, eyni zamanda, tamamilə əks əhval mövcuddur.

"Biz görürük ki, Ermənistan cəmiyyəti və Yerevanda minlərlə insanı toplayan mitinqləri təşkil edən müxalifət hər vasitə ilə bu sülh sazişinin imzalanmasını pozmağa çalışır. Prezident İlham Əliyevin təşəbbüslərinin öz dövrünü, qonşuların baxışını necə qabaqladığını görürük. Ermənistanda insanlar başa düşmürlər ki, onların başqa seçimləri yoxdur və Ermənistanı hazırda düşdüyü dəhşətli iqtisadi, siyasi və demoqrafik böhrandan çıxara biləcək yeganə şey sülh sazişidir", - deyə M.Finkil bildirib.

Ekspertin sözlərinə görə, döyüş meydanında məğlub olan Ermənistan tərəfi öz təqsiri üzündən diplomatik danışıqlar meydanında da məğlub ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti