...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilanda “Ağıllı kənd” layihəsini istifadəyə verməsi müasir tariximizin qürurlu səhifələrindən biridir - Sahil Kərimli

Siyasət Materials 27 May 2022 14:45
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilanda “Ağıllı kənd” layihəsini istifadəyə verməsi müasir tariximizin qürurlu səhifələrindən biridir - Sahil Kərimli

Trend-i buradan izləyin

Bakı. Trend:

Fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti Qarabağda tarix yazmaqda davam edir. Azad edilmiş ərazilərimiz sıfırdan qurulur, sürətlə bərpa edilir. Bu tarixi proseslərə şahidlik etmək, azad Qarabağın yenidən qurulmasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını izləmək Azərbaycan xalqına böyük qürur verir.

Bunu Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O, əlavə edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsini istifadəyə verməsi və kəndin ilk sakinləri ilə görüşü müasir tariximizin qürurlu səhifələrindən biridir:

“Azərbaycan xalqı son illər möhtəşəm tarixi günlər yaşayır. 44 günlük Vətən Müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə tarixi Zəfər qazanıldı. Daha sonra isə azad edilmiş ərazilərin bərpasına start verildi. Ötən dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda inanılmaz bərpa işləri həyata keçirilib. Tarixi torpaqlarımızda nəhəng layihələr reallaşdırılıb. Bütün bunlar hər birimizi heyrətləndirir, sevindirir”.

S.Kərimli bildirib ki, Qarabağda genişmiqyaslı işlərin həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi gücünü, Prezident İlham Əliyevin siyasi iradəsini, qətiyyətini nümayiş etdirir.

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan və Cəbrayıl rayonlarına səfəri iki gündür ki, ölkə ictimaiyyətinin xüsusi diqqət mərkəzindədir. Keçmiş məcburi köçkünlər uzun illərin həsrətindən sonra öz doğma yurdlarına qayıdır. Özü də ən müasir “ağıllı kənd”lərə, hər bir şəraitlə təchiz edilən yeni yaşayış məntəqələrinə. Xüsusi vurğulamaq lazımdır ki, bütün işlər Azərbaycan Prezidentinin ciddi nəzarəti altında, mərkəzləşdirilmiş qaydada, sürətlə və ən müasir texnologiyalar əsasında aparılır. Bu onun göstəricisidir ki, Prezident və xanımı azad edilmiş ərazilərin bərpasında müasirliyə son dərəcə böyük önəm verir. Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxır, şəhərlərimiz, kəndlərimiz necə böyük qəhrəmanlıq və qətiyyətlə işğaldan azad edilibsə, eyni əzm və həvəslə də yenidən qurulur”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti