...

Heydər Əliyev Azərbaycan dövlətini və xalqını xilas etdi (FOTO/VİDEO)

Siyasət Materials 15 İyun 2022 00:20 (UTC +04:00)
Heydər Əliyev Azərbaycan dövlətini və xalqını xilas etdi (FOTO/VİDEO)

Bakı. Trend:

1993-cü ilin iyununda Azərbaycan ağrılı-acılı günlər yaşayırdı və ölkəmiz məvh olmaq, yenicə qazanılan müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə idi. İqtisadiyyat tamamilə çökmüşdü, ölkə idarəolunmaz durumda idi, erməni işğalı geniş vüsət almışdı. Daxildə isə vətəndaş müharibəsi, qardaş qırğını baş qaldırmışdı. İnsanların gələcəyə heç bir inamı yox idi. Belə bir çətin və mürəkkəb dövrdə Azərbaycan xalqı yeganə çıxış yolu kimi ümidini Heydər Əliyevə bağlayırdı. Beləliklə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı və tez bir müddətdə Azərbaycanı bu çətin durumdan çıxardı.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinin Milli Qurtuluş Günü ilə bağlı buraxılışında YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib.

O, əlavə edib ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyindən söhbət gedə bilməzdi:

“Tam əminliklə demək olar ki, həmin illərdə ölkəmizi bu təhlükələrdən yalnız Heydər Əliyev çıxara bilərdi. Azərbaycan xalqı bunu yaxşı başa düşür, xilasını Heydər Əliyevdə görürdü. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkə idarəçiliyinin müxtəlif sahələrində nizam-intizam yarandı, ictimai-siyasi sabitlik bərqərar oldu, silhalı cianyətkar dəstələr zərərsizləşdirildi, cəbhədə vəziyyət nəzarətə alındı və Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu. Bu günkü güclü və qüdrətli Azərbaycanın təməlini Heydər Əliyev məhz həmin illərdə qoyub. Sonrakı illərdə isə ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı daha da inkişaf etdirdi və bu gün ölkəmiz dünyada xüsusi söz, hörmət sahibidir. Ən əsası isə Azərbaycan Vətən Müharibəsində tarixi Zəfər qazanaraq öz gücünü dünyaya göstərdi.

Siyasi şərhçi Tofiq Abbasov isə bildirib ki, 90-cı illərin əvvələrində Azərbaycanın üzləşdiyi problemlər insanlarda dəhşətli inamsızlıq, ümidsizlik yaratmışdı:

“İnsanların gələcəyə ümid yox idi. Hakimiyyətdə təmsil olunan səriştəsiz kadrlar ölkəni iflic vəziyyətə salmışdı. Dövlət idarəçiliyi sanki eksperimentlə həyata keçirilirdi. Həmin dövrdə biz mütəmadi insanlar arasında olur, jurnalist kimi sorğular keçirirdik. Xalqın bütün təbəqləri Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdi. Belə bir durumda Heydər Əliyev Bakıya gəldi və ölkəsini, xalqını xilas etdi. Heydər Əliyevin gəlişi insanlarda ümidi diriltdi, tariximizdə dönüş nöqtəsi oldu”. T.Abbasov əlavə edib ki, ulu öndərin qətiyyəti sayəsində cəbhədə erməni işğalının qarşısı alındı, düşmənin təcavüzü dayandırıldı. Bütün sahələrdə uğurların təməli qoyuldu: Heydər Əliyev hakimiyyətdə olduğu 10 il ərzində elə bir möhkəm təməl qoydu ki, sonrakı illərdə onun siyasi varisi Prezident İlham Əliyev bu vektorları böyük ustalıqla və uğurla inkişaf etdirdi”.

Videomühasibəni təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti