Bakı. Trend:
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası və Litva Respublikası Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq danışıqları üzrə görüş keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.