...

Vətən müharibəsindən sonra ümumilikdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır - Müdafiə Naziri

Siyasət Materials 26 İyun 2022 22:59 (UTC +04:00)
Vətən müharibəsindən sonra ümumilikdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır - Müdafiə Naziri

Bakı. Trend:

Vətən müharibəsindən sonra ümumilikdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovaya müsahibəndə deyib.

Müdafiə naziri bildirib:

"Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərində yerləşən hərbi hissələrin şəxsi heyətinin məişət şəraitinin yaxşılaşdırılması və fasiləsiz təminatını təşkil etmək məqsədilə qısa müddətdə yeni yataqxana, yeməkxana, hamam-camaşırxana kompleksi, anbarlar və digər obyektlər istifadəyə verilib. Vətən müharibəsindən sonrakı müddət ərzində ümumilikdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır. Bu, həm ölkəmizin iqtisadi qüdrətinin, həm də ölkə Prezidentinin ordumuza olan diqqət və qayğısının bariz nümunəsidir.

Azad olunan ərazilərdə bölmələrin elektrik enerjisi ehtiyacının davamlı təmin olunması məqsədilə artıq 20-dən çox hərbi obyekt günəş batareyaları və panellərlə təchiz olunub. Həmçinin ildırım vurma təhlükəsi olan dağlıq ərazilərdə şəxsi heyətin, hərbi infrastrukturun, binaların və rabitə qurğularının təhlükəsizliyinin təmin edilməsi məqsədilə 200-ə yaxın ildırım ötürücü quraşdırılıb.

İşğaldan azad olmuş ərazilərdə şəxsi heyətin tibbi təminatının təşkil edilməsi məqsədilə dörd ədəd yeni və tam təchizatlı tibb məntəqəsi, Kəlbəcər şəhərində yeni hərbi hospital istifadəyə verilmiş, Hadrut qəsəbəsində isə daha bir hərbi hospitalın qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır.

Kəlbəcər və Laçın rayonlarının ərazisində dislokasiya olunmuş hərbi hissələrin şəxsi heyətini çörəklə fasiləsiz təmin etmək üçün yeni çörəkbişirmə sexləri tikilərək istifadəyə verilmiş, təminatın yaxşılaşdırılması məqsədilə yanacaq, ərzaq və əşya anbarlarının yaradılması işlərinə başlanıb.

Qoşunların hərəkət qabiliyyətinin yüksəldilməsi və hərtərəfli təminatının fasiləsiz yerinə yetirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu inkişaf etdirilib, yeni yolların çəkilməsi və bərpası işləri aparılmış, ümumilikdə 800 km-dən çox yeni yol çəkilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti