...

Azərbaycan və Türkiyə tək millət, müstəqil iki dövlət olaraq daim bir-birinin yanında olub - Yalçın Topçu

Siyasət Materials 12 İyul 2022 12:23 (UTC +04:00)
Azərbaycan və Türkiyə tək millət, müstəqil iki dövlət olaraq daim bir-birinin yanında olub - Yalçın Topçu

Bakı. Trend:

Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçunun fəxri sədri olduğu “Yerli Düşüncə Dərnəyi” Salyan döyüşlərinin 104-cü ildönümü münasibətilə anım mərasimi keçirib.

Trend-in məlumatına görə, tədbir zamanı döyüşlərdə həlak olanların xatirəsi anılıb.

Y.Topçu tədbirdə çıxışı zamanı Salyan döyüşlərində qazanılan qələbənin çox mühüm olduğunu vurğulayıb.

“Salyan döyüşləri 1918-ci il iyulun 12-də türk qoşunlarının bolşevik qoşunlarını məğlub edərək Kür çayının Xəzər dənizinə töküldüyü əraziyə nəzarət ələ keçirməsi ilə başa çatıb. Salyan zəfəri ilə Qafqaz İslam Ordusunun Bakıya yolunun açılmasını təmin etmiş mayor Nazim Ramazanov və qəhrəman əsgərlərin xatirəsini hörmətlə yad edirik. Azərbaycan və Türkiyə tək millət, müstəqil iki dövlət olaraq daim bir-birinin yanında olub və olmaqda davam edəcək. Böyük Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!”, - deyə Y.Topçu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti