...

Vətən müharibəsi iştirakçılarına, qazilərə, şəhid ailələrinə diqqət və qayğı Azərbaycanın əsas prioritetidir - Elşad Həsənov (FOTO/VİDEO)

Siyasət Materials 14 İyul 2022 16:38 (UTC +04:00)
Vətən müharibəsi iştirakçılarına, qazilərə, şəhid ailələrinə diqqət və qayğı Azərbaycanın əsas prioritetidir - Elşad Həsənov (FOTO/VİDEO)

Bakı. Trend:

Vətən müharibəsi iştirakçılarına, qazilərə, şəhid ailələrinə diqqət və qayğı Azərbaycanın əsas prioritetdir.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında 1-ci Qarabağ Müharibəsi veteranı, siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, müharibədən sonra olanları unutmaq asan deyil. Müharibədə iştirak edən şəxslər daima psixoloqla təmasda olmalı, ətrafdakı insanlar da onlara diqqət göstərməlidir.

"Şəhid ailələrinə göstərilən diqqət və qayğını hər kəs bilir. Müharibə iştirak edənlər həssas kateqoriyaya məxsus şəxslərdir. Onlar müharibənin od-alovunu, yanında əsgər dostlarının ölümün görüblər. Bu səbəbdən onlara xüsusi həssaslıqla yanaşılmalıdır. Vətən müharibəsi iştirakçılarına, qazilərə, şəhid ailələrinə diqqət və qayğı Azərbaycanın əsas prioritetdir. O kateqoriyadakı insanlara mənəvi dəstək göstərilməlidir. Onlar canlarını vətən yolunda fəda ediblər. Bugün hər bir şəxs onlara lazımi diqqət və qayğını göstərməlidir" - deyə politoloq bildirib.

E. Həsənov həmçinin, qeyd edib ki, belə bir həssas dönəmdə ölkənin sabitliyini pozmaq təhdidləri yolverilməzdir.

"Biz Vətən Müharibəsində qələbə çalmış bir xalqıq. Heç bir şayiə və çağırışlara uymamalı, dövlətin yanında olmalıyıq", - deyə E. Həsənov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti