...

Ermənistana qarşı mübarizəmizi dayandırmayacağıq - Laçın sakini (VİDEO)

Siyasət Materials 24 Avqust 2022 14:43 (UTC +04:00)
Ermənistana qarşı mübarizəmizi dayandırmayacağıq - Laçın sakini (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Laçın. Trend:

Biz birinci Qarabağ müharibəsi veteranıyıq və müharibədən sonra da heç bir zaman Ermənistana qarşı mübarizəmizi dayandırmamışıq.

Bu barədə Trend-in Laçına ezam olunmuş əməkdaşının suallarını cavablayarkən Laçın sakini Fəxrəddin Paşayev deyib.

O qeyd edib ki, Ermənistana barbar və vəhşi olduqlarını sübut etmək üçün daim yollar axtarıblar:

"Biz vətəndaş olaraq hüquqi müstəvidə yollar axtardıq ki, Ermənistana qarşı öz məqsədimizi ortaya qoyaq. 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə ilə müraciət etdik. Təxminən bir il sonra ərizələrimiz icraata götürldü. 10 ildən sonra 3 maddə üzrə məhkəmə bizim hüquqlarımızı tanıdı və Ermənistan günahkar elan olundu. Bir il sonra Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə zərərçəkmişlərin hər birinə 5 min avro təzminat ödənilməsinə qərar verildi. Vəkillərimiz bizə 50 milyon avro mənəvi təzminat təyin etmişdi. Ermənistan hələ də bu təzminatı ödəmir. Lakin biz inanırıq ki, biz bu təzminatı ödətdirəcəyik. İddialarımız tam təmin olunana qədər Ermənistana qarşı öz mübarizəmizi dayandırmayacağıq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti