...

Latviya səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub (FOTO)

Siyasət Materials 31 Avqust 2022 10:50 (UTC +04:00)

Bakı. Trend:

Latviya Respublikasının Azərbaycanda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançsın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə səfər edib.

Mərkəzdə keçirilən görüş zamanı IX Qlobal Bakı Forumunun hesabatı təqdim olunmuş və X Qlobal Bakı Forumu, cari ilin sentyabr ayında Nyu Yorkda keçiriləcək XXIV Ali Səviyyəli toplantıya hazırlıq və ümümilikdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır.

2012-ci ildə təsis olunan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqadır. Mərkəzin Latviyada təşkil etdiyi konfranslar və Latviyanın sabiq prezidentlərinin Mərkəzin üzvləri olaraq Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərimizin genişlənməsində rolu xususi qeyd olundu.

Azərbaycan Respublikasının Prezidenti Sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan edilmişdir. Səfirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “The Magic of the Pen: Select Miniatures from the Khamsa of Nizami Ganjavi” adlı kitabı təqdim olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti