Ermənistan silahlı qüvvələrinin cinayətləri ilə bağlı istintaq davam etdirilir - Xanlar Vəliyev

Siyasət Xəbər 30 Sentyabr 2022 09:18 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Xalq" qəzetinə müsahibəsində bildirib.

"9 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda elmi-praktiki konfrans da keçirilib",- deyə X.Vəliyev qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti