Bakı. Trend:
Milli Məclis daha iki konvensiyanı təsdiq edib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi və “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.