...

Aİ təhsil və məşğulluq sahələrində Azərbaycan gənclərini dəstəkləyir - Peter Mixalko (FOTO)

Siyasət Materials 5 Oktyabr 2022 10:59 (UTC +04:00)
Aİ təhsil və məşğulluq sahələrində Azərbaycan gənclərini dəstəkləyir - Peter Mixalko (FOTO)
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) təhsil və məşğulluq sahələrində Azərbaycan gənclərini dəstəkləməkdə davam edir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Avropa gənclər gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Aİ Azərbaycanda gənclər kampaniyasına start verib.

"Kampaniya çərçivəsində gənclər üçün bir neçə tədbirlər keçirilib. Aİ 2022-ci ili "Gənclər ili" elan edib. Biz bu kampaniya çərçivəsində gənclərin təhsili və məşğulluğu üçün bərabər imkanlar yaratmağı planlaşdırırıq. Pandemiyaya qədər dövr ərzində "Erasmus+" mübadilə proqramı çərçivəsində 3 500 azərbaycanlı tələbəyə təqaüd verilib. Bu il biz bu göstəricini artırmışıq. Ötən il 500 tədris müəssisəsi bizim kredit proqramımız çərçivəsində kreditlərdən yararlanıb", - deyə o bildirib.

P.Mixalko əlavə edib ki, bu proqram təkcə Bakıda deyil, Azərbaycanın bölgələrində də icra olunacaq.

"Bölgələrdə 10 mindən çox uşaq və valideyn uşaqların erkən yaşda inkişafı barədə maariflənmə proqramına cəlb olunub. Həmçinin bölgələrdən 885 nəfər peşə tədrisi alıb", - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti