...

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır - XİN

Siyasət Materials 17 Oktyabr 2022 14:00 (UTC +04:00)
Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdakı öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında qeyd edilib.

“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqələnmə üçün 3 qeyri-real buraxılış məntəqələri variantını təklif etmək doğru siyasət deyil”, - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti