...

Azərbaycanın YUNESKO sessiyasının gündəliyinə təklif etdiyi qərar layihəsi yekdilliklə qəbul edilib

Siyasət Materials 19 Oktyabr 2022 17:44 (UTC +04:00)
Azərbaycanın YUNESKO sessiyasının gündəliyinə təklif etdiyi qərar layihəsi yekdilliklə qəbul edilib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı - YUNESKO-da “Bakı prosesinə” dair qərar barədə məlumat yayıb.

XİN-dən bu gün Trend-ə verilən məlumatda deyilir:

"19 oktyabr tarixində Azərbaycan Respublikasının YUNESKO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.

YUNESKO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsinin qarşısını almağa çalışsa da, 41 ölkə tərəfindən dəstəklənərək yekdilliklə qəbul olunub.

Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 2008-ci ildən başlanılmış sözügedən proses dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olmaqla yanaşı, BMT tərəfindən dəstəklənib.

YUNESKO və İSESKO kimi beynəlxalq təşkilatların tərəfdaşı olduğu Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna indiyə kimi 135 ölkədən 1500 yaxın iştirakçı qatılıb. Dünya Forumu bütün dünyada insanlar üçün mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas platformalardan biri hesab edilir".

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti