...

Zəfər sevincini bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və Ordumuza minnətdarıq - Aydın Kərimov (FOTO/VİDEO)

Siyasət Materials 8 Noyabr 2022 08:00 (UTC +04:00)
Zəfər sevincini bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və Ordumuza minnətdarıq - Aydın Kərimov (FOTO/VİDEO)

Bakı. Trend:

44 günlük Vətən Müharibəsi gedərkən bütün xalqın duası ordu və Ali Baş Komandan ilə birlikdə idi. Müzəffər Ali Baş Komandanın xarici və yerli mətbuata verdiyi müsahibələri izləyirdik. Oktyabrn ortalarında müsahibələrin birində Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, Şuşasız bizim işimiz yarımçıq olar. O an biz hiss etdik ki, bu, doğrudan da böyük zəfər hədəfi olan bir savaşdır. Çox keçmədi ki, biz Şuşada üçrəngli bayrağımızı yüksəltdik. Bu zəfər sevincini bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və ordumuza minnətdarıq

Bunu çərşənbə axşamı Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O qeyd edib ki, Qarabağda böyük işlər görülməyə davam edir. Müharibə bitdikdən sonra ilk infrastruktur yolların çəkilməsinə başlanıldı. İlk layihələrdən biri də Şuşaya Zəfər yolunun çəkilməsi oldu.

"Yol çəkilərkən şəhərdə dayanıqlı enerji təminatını həyata keçirmək üçün xüsusi layihələr həyata keçirilməyə başlanıldı. Layihələr olduqca çoxşaxəli olub. Amma ən başlıcası infrastruktur layihələri idi. Bundan əlavə, şəhərdə turizm sahəsində daha böyük layihə həyata keçirilib. 5 ulduzlu mehmanxana və konqres mərkəzi tikilib. Şuşanın xalqımız üçün tarixi, mədəni əhəmiyyəti olduğu üçün burada aparılan işlər baş plana uyğun aparılmalıdır. Baş planda əsas məqsəd yeni layihələr həyata kçeirilərkən Şuşanın özünəməxsus tarixi, memarlıq xüsusiyyətlərinə zərər yetirməmək, onları qorumaqdır. Şuşada bu gün aparılan ən vacib layihələrdən biri yeni yaşayış kompleksinin inşasıdır. Azərbaycan Prezidenti İlham Əliyev keçən il avqustun 29-da bu kompelksin təməli qoyularkən özü də vurğulamışdır ki, bu ilin ən vacib layihələrindəndir", - deyə o əlavə edib.

A.Kərimov, həmçinin, bildirib ki, əhali burada yaşayarkən onlara xüsusi xidmət də göstərilməlidir.

"Bu baxımdan, yaxınlarda keçmiş poçt binası adlanan binada əsaslı təmir işləri aparılacaq. 4 mühüm qurumun fəaliyyəti - "ASAN" xidmət, "DOST" xidməti, KOB evləri və rabitə qovşağı təmin olunacaq.

Şuşaya qaz xəttinin çəkilməsi gündəmdədir. Bir müddətdən sonra bunun reallaşması gözlənilir. Burada dayanıqlı istilik sisteminin olması vacibdir", - deyə A. Kərimov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti