...

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində zəfər qazandı - Vahid Hacıyev (FOTO/VİDEO)

Siyasət Materials 7 Noyabr 2022 20:29 (UTC +04:00)
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində zəfər qazandı - Vahid Hacıyev (FOTO/VİDEO)

Bakı. Trend:

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində zəfər qazandı. Məhz onların sayəsində biz bu günləri Zəngilandayıq və bu cür bərpa-quruculuq işlərini həyata keçiririk.

Bunu bazar ertəsi Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

O qeyd edib ki, bu ilki Zəfər günü çox böyük bir hadisədir.

"Çünki artıq 30 il sonra Zəfər gününü keçmiş məcburi köçkünlərlər birlikdə Zəngilan rayonun Ağalı kəndində qeyd edəcəyik. Buna görə də kifayət qədər böyük proqram hazırlanıb", - deyə Vahid Hacıyev vurğulayıb.

Müharibədən sonra görülən işlərdən bəhs edən V. Hacıyev irimiqyaslı bərpa-quruculuq işləri həyata keçirildiyini bildirib.

"Biz həmin ərazilərə gələndə düşmən bu əraziləri hansı vəziyyəti qoymuşdu artıq hərkəsə məlumdur. Təbəti yenidən canlandırmaq və Zəngilanı həmin simasına qaytarmaq üçün kifayət qədər böyük işlər görülür. Neçə il ərzində biz hər bir füsrsətdən istifadə edib əlavə ağacların əkilməsi kasiyası həyata keçiririk. Horadiz-Ağbənd dəmiryolu tikilir və gələn ilin sonuna qədər təmiri yekunlaşacaq. Digər böyük infrastruktur layihələri həyata keçirilir. Məhz keçmiş məcburi köçkünlərin ilk köçürülməsi Zəngilanın Ağalı kəndinə oldu. Onlar bizimlə birgə Zəngilanın inkişafına öz töhfələrini verirlər. Bu iki il ərzində böyük layihələr artıq yekunlaşıb və digər layihələr isə sürətlə gedir", - deyə o vurğulayıb.

Ağalı kəndində məşğulluqdan danışan V. Hacıyev bildirib ki, kifayət qədər çox iş yeri mövcuddur.

"Dövlət qurumları artıq öz fəaliyyətlərinə başlayıb. İnsanların dövlət qurumlarına əlçatanlığının yaradılması məqsədilə xidmətlər mövcuddur. Həmin bu iş yerlərinə Ağalı kəndinin sakinləri çalışır. Bu ancaq daxildə olan iş yerləridir. Ətrafda oln iş yerləri daha da çoxdur. Holdinqlər aqroparklar var. Tikinti işlərində mindən çox insan çalışır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti